BAKALAVRİAT

Əziz abituriyentlər!

Milli Aviasiya Akademiyasına tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin (DİM) və «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin təsdiq etdiyi qəbul qaydaları əsasında aparılır.

Qəbul qaydalarında göstərilən tələbləri yerinə yetirən abituriyentlər, DİM tərəfindən keçirilən test imtahanlarının və ümumi müsabiqənin nəticələrinə əsasən Milli Aviasiya Akademiyasına qəbul olunurlar.

Milli Aviasiya Akademiyasının ixtisaslarının Təhsil Proqramları ölkəmizin və dünyanın əmək bazarının mütəxəssislərə olan ən müasir tələbləri əsasında aparıcı elm və təhsil mərkəzlərinin, sənaye müəssisələrinin və şirkətlərin təcrübəsindən istifadə edilməklə hazırlanaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir.

«Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının ixtisasları haqqında məlumat almaq üçün Sizə bu ixtisasların qısa təsvirlərini təqdim edirik.

Sizə imtahanlarda müvəffəqiyyət, istədiyiniz ali təhsil müəssisəsinə və ixtisasa qəbulda uğurlar arzulayırıq!

2024/2025-cü tədris ili üçün Milli Aviasiya Akademiyasının bakalavriat səviyyəsi ixtisaslarına

QƏBUL PLANI

LAYİHƏ
İxtisasın şifri İxtisasın adı Cəmi Təhsil müəssisəsinin təklif etdiyi proqnoz yerlər Ödənişli əsaslarla təsil alanların İllik təhsil haqqı məbləği (manatla) İxtisasın pasportu
Azərbaycan bölməsi Rus bölməsi İngilis bölməsi
əyani qiyabi əyani qiyabi əyani qiyabi əyani qiyabi
1 050639 Uçuş mühəndisliyi 20 20 2500

Keçid

2 050613 Hava nəqliyyatının hərəkətinin təşkili 20 20 2500

Keçid

3 050601 Aerokosmik mühəndislik 75 30 15 30 2500

Keçid

4 050507 Hidrometeorologiya 20 20 2500

Keçid

5 050603 Aviasiya təhlükəsizliyi mühəndisliyi 45 30 15 2500

Keçid

6 050621 Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi 50 20 15 15 2500

Keçid

7 050636 Radiotexnika və telekommunikasiya mühəndisliyi* 20 20 2500

Keçid

8 050604 Cihaz mühəndisliyi 35 20 15 2500

Keçid

9 050607 Elektrik və elektronika mühəndisliyi 35 20 15 2500

Keçid

10 050608 Energetika mühəndisliyi 20 20 2500

Keçid

11 050634 Proseslərin avtomatlaşdırılması mühəndisliyi 20 20 2500

Keçid

12 050606 Ekologiya mühəndisliyi 35 20 15 2500

Keçid

13 050616 İnformasiya texnologiyaları 60 30 30 2500

Keçid

14 050620 Kompüter mühəndisliyi 65 20 45 2500

Keçid

15 050630 Mühəndis fizikası 20 20 2500

Keçid

16 050629 Mexatronika və robototexnika mühəndisliyi 50 20 15 15 2500

Keçid

17 050623 Materiallar mühəndisliyi 20 20 2500

Keçid

18 050628 Mexanika mühəndisliyi 20 20 2500

Keçid

19 050402 Biznesin idarə edilməsi 30 30 2500

Keçid

20 050405 İqtisadiyyat* 30 30 2500

Keçid

21 050406 Maliyyə* 30 30 2500

Keçid

22 050408 Menecment* 30 30 2500

Keçid

23 050206 Hüquqşünaslıq 120 75 15 15 15 4000 2500

Keçid

* Müsabiqə Azərbaycan və rus bölmələri ilə birgə aparılır, tədris Azərbaycan dilindədir.

Əziz abituriyentlər!

2024-2025-cü tədris ili üçün «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasına tələbə qəbulu qaydalarını Sizin diqqətinizə təqdim edirik:

  1. Beynəlxalq hava məkanında və aviasiya texnikasının istismarında istifadə üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) tərəfindən vahid danışıq dili ingilis dili qəbul edildiyindən, DİM tərəfindən keçirilən imtahanlarda «Xarici dil» qismində yalnız ingilis dilindən imtahan vermiş abituriyentlər Milli Aviasiya Akademiyasının (MAA) birinci qrup ixtisaslarına qəbul oluna bilərlər.
  2. MAA-nın ixtisaslarının ingilis dili bölməsinə keçirilən qəbul müsabiqəsində, müsabiqə şərtlərinə cavab verən Azərbaycan və rus bölmələrinin abituriyentləri birgə iştirak edə bilərlər.
  3. 050639 «Uçuş mühəndisliyi», 050613 «Hava nəqliyyatının hərəkətinin təşkili», 050601 «Aerokosmik mühəndislik» ixtisaslarının ingilis dili bölmələrində və 050206 «Hüquqşünaslıq» ixtisasının qiyabi təhsil formasında təhsil müddəti 5 (beş) ildir. Bütün digər ixtisaslarda və akademik qruplarda təhsil müddəti 4 (dörd) ildir.
  4. MAA-nın 050405 «İqtisadiyyat», 050406 «Maliyyə», 050408 «Menecment» və 050636 «Radiotexnika və telekommunikasiya mühəndisliyi» ixtisaslarına keçirilən qəbul müsabiqəsində Azərbaycan və rus bölmələrinin abituriyentləri birgə iştirak edə bilərlər. Bu ixtisaslarda tədris Azərbaycan dilindədir.
  5. MAA-nın 050639 «Uçuş mühəndisliyi» və 050613 «Hava nəqliyyatının hərəkətinin təşkili» ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər 4 mart – 3 may 2024-cü il tarixləri müddətində Heydər Əliyev Beynəlxalq Aeroportunda Tibb-sanitar İdarəsinin Aviasiya poliklinikasının Həkim­uçuş ekspert komissiyasında peşə seçimi nəzərə alınmaqla xüsusi tibbi müayinədən, «Psixofizioloji peşə seçimi» xüsusi qabiliyyət müsabiqəsindən keçməli və MAA-da «Fiziki hazırlıq» üzrə normativləri yerinə yetirməlidirlər.
  6. 050639 «Uçuş mühəndisliyi» və 050613 «Hava nəqliyyatının hərəkətinin təşkili» ixtisaslarına tibbi müayinəni və xüsusi qabiliyyət müsabiqələrini müvəffəqiyyətlə keçmiş 23 yaşına qədər abituriyentlər qəbul oluna bilərlər. Həmin ixtisasların abituriyentləri eyni zamanda MAA-nın DİM tərəfindən elanda göstərilən bütün digər birinci qrup ixtisaslarına qəbul olmaq hüququna malikdirlər.
  7. MAA-nın DİM tərəfindən elanda göstərilən bütün digər ixtisaslarına qəbul olan abituriyentlər yaşadıqları ərazidə və ya qeydiyyatda olduqları poliklinikalarda ümumi qaydada tibbi müayinədən keçərək, sağlamlıq haqqında sənədlərini MAA-ya təqdim etməlidirlər. 
  8. Xarici dövlətlərin vətəndaşları Milli Aviasiya Akademiyasında yalnız ödənişli əsaslarla təhsil ala bilərlər.

Qeyd: 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri DİM-in “Abituriyent № 2” jurnalında dərc edilib (13.03.2024).

MAA-nın 050639 «Uçuş mühəndisliyi» və 050613 «Hava nəqliyyatının hərəkətinin təşkili» ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə:

 

  • Milli Aviasiya Akademiyasının «Uçuş mühəndisliyi» və «Hava nəqliyyatının hərəkətinin təşkili» ixtisaslarını seçən abituriyentlərin tibbi müayinəsi Azərbaycanın Aviasiya Qaydalarının tələbləri əsasında keçirilir.
  • «Uçuş mühəndisliyi» ixtisasının abituriyent və tələbələri Azərbaycanın «Hava gəmisi heyətinə şəhadətnamələrin verilməsi üzrə tibbi müddəalar» (AAR-PEL-004) Aviasiya Qaydaları, eyni zamanda bu Qaydalara aid olan «Uyğunluğun təmin edilməsinin məqbul qaydaları» (AMC) və «Rəhbər materiallar» (GM) (G-PEL-002) əsasında tibbi müayinədən keçirlər. Abituriyentlərin və tələbələrin tibbi yararlılığının qiymətləndirilməsi Qaydaların «B» fəslinin tələbləri əsasında aparılır.
  • «Hava nəqliyyatının hərəkətinin təşkili» ixtisasının abituriyent və tələbələri Azərbaycanın «Havada hərəkəti idarə edən dispetçerlərə şəhadətnamələrin verilməsi» (AAR-PEL-006) Aviasiya Qaydaları, bu Qaydalara «Uyğunluğun təmin edilməsinin məqbul qaydaları» (AMC) və «Rəhbər materiallar» (GM) (G-PEL-003) əsasında tibbi müayinədən keçirlər. Abituriyentlərin və tələbələrin tibbi yararlılığının qiymətləndirilməsi Qaydaların IV hissənin «Havada hərəkəti idarə edən dispetçerlərə tibbi tələblər»in «B» fəslinin meyarları əsasında aparılır.
  • Aviasiya Poliklinikasında «Uçuş mühəndisliyi» və «Hava nəqliyyatının hərəkətinin təşkili» ixtisaslarının abituriyent və tələbələri kliniki-laborator analizdən, LOR, okulist, nevropatoloq, terapevt, EEQ və EKQ, USM, spirometriya, rentgen və digər tibbi müayinələrdən keçirlər. Eşitmə, görmə, çəki və boy ölçüləri, vestibulyar aparatın göstəriciləri normada olmalıdır, fiziki qüsurlar, NİTQ pozğunluğu olmamalıdır.
  • «Uçuş mühəndisliyi» və «Hava nəqliyyatının hərəkətinin təşkili» ixtisaslarının abituriyent və tələbələrinin psixofizioloji müayinəsi koqnitiv və senso-motor funksiyaların diaqnostikasını, onlarla aparılan söhbətin və ünsiyyətin nəticələrini  əhatə edir.
  • Koqnitiv funksiyalar idrak proseslərini – qavrama, diqqət, hafizə, təfəkkür, təsəvvür və NİTQ qabiliyyətini müəyyən edir. Bu isə öz növbəsində «Uçuş mühəndisliyi» və «Hava nəqliyyatının hərəkətinin təşkili» ixtisaslarının abituriyent və tələbələrində məkan, görmə və eşitmə qavrayışı, qısamüddətli, əməli hafizə və görmə yaddaşı, məntiqi-riyazi təfəkkür, məkan təsəvvürü kimi psixoloji xüsusiyyətləri vaxt məhdudluğu çərçivəsində müəyyən etmək məqsədini daşıyır.
  • Psixofizioloji müayinə fərdi və qrup şəklində aparılır. Fərdi müayinə zamanı namizədlərlə söhbət aparılır. Söhbət zamanı Mülki Aviasiya haqqında sadə məlumatlar soruşulur.

         («AHY» QSC-nin Tibbi-sanitar İdarəsinin 65 nömrəli 03.05.2023 tarixli məktubundan. Əlaqə nömrəsi: +994 (12) 497-26-25).

  • 050639 «Uçuş mühəndisliyi» və 050613 «Hava nəqliyyatının hərəkətinin təşkili» ixtisaslarının tələbələri üçün «Fiziki hazırlıq» üzrə normativlər.

KİŞİLƏR ÜÇÜN FİZİKİ HAZIRLIQ ÜZRƏ NORMATİVLƏR

Qiymətləndirmə hərəkətləri 10 9 8 7 6 10 9 8 7 6
16-18 yaş 19-23 yaş
1 Sürət – 100 m məsafəyə qaçış (saniyə) 14.2 14.6 15.0 15.4 15.8 14.0 14.4 14.8 15.2 15.6
2 Qüvvə – Hündür turnikdə dartınma (dəfə) 8 7 6 5 4 9 8 7 6 5
3 Sürət-güc – Yerindən uzunluğa tullanma (sm) 190 180 170 160 150 220 210 200 190 180

QADINLAR ÜÇÜN FİZİKİ HAZIRLIQ ÜZRƏ NORMATİVLƏR

Qiymətləndirmə hərəkətləri 10 9 8 7 6 10 9 8 7 6
16-18 yaş 19-23 yaş
1 Sürət – 100 m məsafəyə qaçış (saniyə) 17.2 17.6 18.0 18.4 18.8 17.0 17.2 17.6 18.0 18.4
2 Qüvvə – Uzanaraq gimnastika skamyasında əllərlə dayaqdan qolların bükülüb açılması (dəfə) 9 8 7 6 5 10 9 8 7 6
3 Sürət-güc – Yerindən uzunluğa tullanma (sm) 170 165 160 155 150 175 170 165 160 155