DOKTORANTURA

Milli Aviasiya Akademiyası (MAA) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 may 2025-ci il tarixli 275s nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi müəssisə və təşkilatlarının 2025-ci il üçün doktorant hazırlığı üzrə qəbul planı”na əsasən 2025-ci il üçün aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir.

Milli Aviasiya Akademiyası
2025-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya

QƏBUL PLANI​

İxtisasın şifri İxtisasın adı Fəlsəfə doktoru proqramı üzrə Ödənişli əsaslarla hazırlıq üzrə illik haqlarının məbləği (manatla)
cəmi Doktorantura
Dövlət sifarişi və ödənişli əsaslarla
O cümlədən
əyani qiyabi
3311.02 Təbii mühitə, maddələrə, materiallara və məmulatlara nəzarət cihazları və üsulları 1 1 0
3324.04 Yerüstü komplekslər, buraxılış avadanlıqları, uçan aparatların və onların sistemlərinin istismarı 5 4 1
3324.07 Məsafədən aerokosmik tədqiqatlar 1 1
3325.02 Radiotexnika, radionaviqasiya, radiolokasiya, televiziya sistemləri və qurğuları 2 1 1
3338.01 Sistemli analiz, idarəetmə və informasiyanın işlən-məsi (sahələr üzrə) 3 2 1
3351.01 Naviqasiya və havada hərəkətin idarə edilməsi 2 1 1
3352.01 Hava nəqliyyatının istismarı 1 1
3361.01 Bərk cisim elektronikası, radioelektron komponentləri, mikro və nanoelektronika 1 1
5312.01 Sahə iqtisadiyyatı 3 2 1 4000/3500
5607.01 Konstitusiya hüququ, bələdiyyə hüququ 5 2 3 4500/4000
5611.01 Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ 2 2 4000
5612.01 Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası; əməliyyat-axtarış fəaliyyəti 3 3 4000
Cəmi 29 14 15

Doktoranturaya  sənəd qəbulu 2025-ci il may ayının 13-dən iyun ayının 02-dək Elm və Təhsil Nazirliyinin portal.edu.az sistemi üzərindən aparılacaqdır. Sənədlər sistemə müvəffəqiyyətlə yerləşdirildikdən sonra iddiaçılar nəzərdə tutulan elmi rəhbərləri ilə müsahibədən keçməlidirlər. Qəbul komissiyası müsahibənin nəticələri və təqdim olunmuş sənədlər əsasında qəbul imtahanlarına (xarici dil, fəlsəfə, ixtisas fənni üzrə) buraxılmaq haqqında qərar qəbul edir.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  • kadrların şəxsi-qeydiyyat vərəqi;
  • iş yerindən xasiyyətnamə;
  • əmək kitabçasından çıxarış;
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
  • xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatı (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG – əgər varsa);
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

DOKTORANTURAYA QƏBUL QAYDALARI

  1. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
  2. Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, ingilis dili), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.
  3. Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – DİM) tərəfindən keçirilir. Xarici dil üzrə qəbul imtahanında keçid balı (25 bal) toplamış namizədlər fəlsəfə və sonra ixtisas fənnindən imtahana buraxılırlar.
  4. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, Cambridge English Qualifications and Tests, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi DİM tərəfindən müəyyənləşdirilir.
  5. Fəlsəfə fənni üzrə imtahan Milli Aviasiya Akademiyasında keçirilir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.
  6. Fəlsəfə fənnindən “məqbul” alan şəxslər İxtisas fənni imtahanına buraxılırlar. İxtisas fənni imtahanı Milli Aviasiya Akademiyasında keçirilir və balla qiymətləndirilir.
  7. Qəbul komissiyası imtahanların nəticələri əsasında müvafiq qərar qəbul edir. Qərar barədə məlumat ATİS vasitəsilə və ya əlaqə nömrəsinə göndərilir.
  8. Komissiyanın qərarından razı olmayan şəxslər qərar qəbul edildikdən və bu barədə məlumat aldıqdan sonra 3 (üç) iş günü müddətində MAA-nın rektoruna apelyasiya ərizəsi ilə müraciət edə bilər. Müraciətə 5 (beş) iş günü müddətində baxılır və əsaslandırılmış qərar qəbul edilir. Qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

Əlaqə

 (+994 12) 525 98 08 (23-48)

 nqocayeva@naa.edu.az (Natəvan Qocayeva)