MAGİSTRATURA

Magistratura ali təhsilin ikinci səviyyəsi olmaqla, ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur.

Magistr hazırlığı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin ixtisaslarının (ixtisaslarının) təsnifatı”na uyğun olaraq mütəxəssislərin hazırlanmasını təmin edir.

MİLLİ AVİASİYA AKADEMİYASI
2024 / 2025-ci tədris ili üçün magistratura səviyyəsi üzrə

QƏBUL PLANI

İxtisasın şifri İxtisaslar üzrə ixtisaslaşmanın adı Cəmi MAA-nın təklif etdiyi proqnoz yerlər Ödənişli əsaslarla təhsil alanların illik təhsil haqqı məbləği (manatla)
Azərbaycan bölməsi Rus bölməsi
əyani əyani
1 060212 Hüquqşünaslıq 5 5 4000
Konstitusiya hüququ 3 3
Mülki və təsərrüfat hüququ 2 2
2 060401 Dünya iqtisadiyyatı 5 5 2500
Beynəlxalq iqtisadi münasibətlər 5 5
3 060407 Menecment 5 5 2500
Menecment (mülki aviasiyada) 5 5
4 060507 Hidrometeorologiya 5 5 2500
Aviasiya meteorologiyası 5 5
5 060608 Elektroenergetika mühəndisliyi 6 6 2500
Elektrik təchizatı (dəmir yollarında) 6 6
6 060614 Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi 15 11 4 2500
Uçuş aparatları və güc qurğuları 8 4 4
Uçuş aparatlarının elektrik, radio və cihaz avadanlıqları 7 7
7 060615 Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi 5 5 2500
Hava nəqliyyatı hərəkətinin idarə olunması 5 5
8 060616 Uçuş mühəndisliyi 5 5 2500
Hava gəmilərinin uçuş istismarı 5 5
9 060617 Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi 5 5 2500
Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi 5 5
10 060623 Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi 5 5 2500
Nəqliyyat logistikası 5 5
11 060624 Cihazqayırma mühəndisliyi 9 9 2500
Aviasiya cihazları 9 9
12 060627 Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi 6 6 2500
Radioelektron mübarizə vasitələri 3 3
Nəqliyyat radioavadanlıqlarının texniki istismarı 3 3
13 060628 Proseslərin avtomatlaşdırılması mühəndisliyi 4 4 2500
Dəmir yolu nəqliyyatında avtomatika, telemexanika və rabitə 4 4
14 060631 Kompüter mühəndisliyi 5 5 2500
Kompüter mühəndisliyi 5 5
15 060632 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi 8 4 4 2500
İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri 4 4
Aerokosmik informasiya sistemləri 4 4
16 060649 Ekologiya mühəndisliyi 6 6 2500
Aerokosmik monitorinq 6 6
17 060652 Kosmik texnika və texnologiyalar mühəndisliyi 4 4 2500
Kosmik aparatlar və idarəetmə sistemləri 4 4
Cəmi 103 95 8

*Müsabiqə Azərbaycan və rus bölmələri ilə birgə aparılır, tədris Azərbaycan dilindədir.

QƏBUL QAYDALARI

Magistraturaya qəbul bakalavrların cari tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2017-ci il tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları” ilə tənzimlənir. Qaydalara əsasən, magistratura səviyyəsinə qəbul olmaq hüququna bakalavrlar və digər ali təhsilli şəxslər malikdirlər.

Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və DİM tərəfindən qoyulan şərtləri ödəyənlər ixtisas seçimində iştirak etmək imkanı əldə edirlər. Magistraturada təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Dövlət ali təhsilin magistratura səviyyəsində qanunvericiliyə uyğun olaraq, təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrların məntiqi təfəkkürü, informatika və xarici dili bilmə səviyyələri test üsulu ilə yoxlanılır. İmtahanda bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunur. Hər bir blok üzrə son 5 sual açıq formalı test tapşırıqlarından ibarətdir. İmtahan suallarının cavablandırılmasına 3 saat vaxt ayrılır. Bakalavrların hər düzgün cavabı bir balla qiymətləndirilir.

Müsabiqəyə qəbul imtahanında topladıqları balı DİM tərəfindən müəyyən olunan şərtləri ödəyən bakalavrlar buraxılırlar.

Bakalavrlar müəyyən olunmuş tarixdə seçdikləri ixtisaslaşmaları istədikləri ardıcıllıqla öz elektron ərizə formasına daxil edib, hər bir ixtisaslaşma üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiklərini qeyd edib və təsdiqləyirlər. İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan 20-dək ixtisaslaşmanın kodunu seçərək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir.

Milli Aviasiya Akademiyasının ixtisaslaşmalarını xarici dil kimi yalnız ingilis dilindən imthan vermiş bakalavrlar seçə bilərlər.

Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qə­bul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

Magistraturaya qəbul olunanların qeydiyyatı onlayn qaydada https://portal.edu.az/ platforması vasitəsilə həyata keçirilir. Qeydiyyatdan keçmək üçün bakalavr https://portal.edu.az/ platformasında yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməli, şəxsi və qəbul məlumatlarının düzgünlüyünə əmin olduqdan sonra tələb olunan sənədləri sistemə daxil etməli və qeydiyyatı yekunlaşdırmalıdır. Ödənişli əsaslarla magistraturaya daxil olanlar portalda qeydiyyatdan keçdikdən sonra təhsil müəssisəsi tərəfindən ödənişə yönləndirilir. Ödəniş elektron qaydada Hökümət Ödəniş Portalı (https://gpp.az/) vasitəsilə həyata keçirilir. Cari ilin təhsil haqqı tam şəkildə ödənilməlidir. Növbəti il üçün isə müvafiq semestrlərdən əvvəl ödəniş edilməlidir.

Magistratura səviyyəsinə qəbul olmuş magistrant qeydiyyatdan keçdikdən sonra könüllü olaraq həqiqi hərbi xidmət keçmək və ya ailə vəziyyəti ilə əlaqəli təhsilini davam etdirə bilmədiyi təqdirdə akademik məzuniyyət verilməsi üçün təhsil müəssisəsinə müraciət etməlidir.

Magistratura səviyyəsində təhsil yalnız əyani formada həyata keçirilir, təhsilin normativ müddəti 2 ildir. Magistraturada təhsil bir növbəli şəkildə (I növbə) həyata keçirilir. Təhsil müddəti ərzində magistrantlar forma ilə təmin olunur. Kredit Sistemi ilə Tədrisin Təşkili Qaydalarına əsasən magistrant hər hansı fənn üzrə auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etmədikdə həmin fəndən imtahana buraxılmır.

Əlaqə

(+994 12) 525 98 08 (23-48)

akazimova@naa.edu.az (Əminə Kazımova)