XƏBƏR VƏ ELANLAR

“Kompüter şəbəkələri” fənnini tədris edəcək müəllim axtarılır

Milli Aviasiya Akademiyası (MAA) aşağıdakı fənni tədris etmək üçün vakant müəllim vəzifəsinə işə qəbul elan edir:

–   Kompüter şəbəkələri (Azərbaycan, ingilis, rus)

Namizədə tələblər:
–   Minimum magistr dərəcəsi;
–   Tədris ediləcək fənnin əsaslarını dərindən bilmək;
–   Tədris ediləcək fənnin istehsalatda tətbiqini bacarmaq;
–   Müvafiq fənn üzrə istehsalat təcrübəsi (o cümlədən, ali məktəblərdə iş təcrübəsi arzuolunandır).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsində fənnin adını qeyd edərək hr@naa.edu.az e-mail ünvanına göndərmələri xahiş olunur.

Son müraciət tarixi: 24.01.2025

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin