XƏBƏR VƏ ELANLAR

Magistraturaya qəbul olmuş bakalavrların nəzərinə!

Ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslər iyulun 15-i saat 12:00-dan etiarən elektron qaydada https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməlidirlər.

Bunun üçün https://portal.edu.az/ portalında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçib müraciət etməlidirlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının düzgünlüyünə əmin olduqdan sonra təsdiq etməli və tələb olunan sənədləri (bakalavr diplomu və ya bakalavr səviyyəsini bitirmə haqqında arayış, hərbi bilet və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə) əlavə etməlidirlər. Eyni zamanda müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslər təhsil haqqından azad olunmaq və təhsil haqqı güzəşti əldə etmək üçün müvafiq məlumatları daxil etməlidirlər.

Ödənişli əsaslarla qəbul olunanlar ilk olaraq müraciətlərini yerləşdirməli, daha sonra müəssisə tərəfindən onlara ödəniş edilməlidir statusu verildikdən sonra təhsil haqlarını bank, poçt, eManat terminallarına yaxınlaşaraq nəğd şəkildə və ya nəğdsiz şəkildə plastik kartla bankların mobil tətbiqləri, gpp.az və portal.edu.az vasitələrindən birini seçərək ödəyə bilərlər.

Müəssisə tərəfindən tələb olunan digər sənədlər (şəxsiyyət vəsiqəsi, 3×4 ölçülü foto şəkil, tərcümeyi-hal) ilk dərs günü təqdim edilməlidir.

Elektron sistem üzrə qeydiyyat 25 iyul saat 12:00-da yekunlaşacaq.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

MAA-nın Magistratura və doktorantura şöbəsi

Əlaqə: (012) 525 98 08  + 23 48 (və ya 23 21), (012) 556 51 13

Mobil: (050) 610 64 73

E-mail: akazimova@naa.edu.az

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin