Azərbaycan Hava Yolları QSC-nin Milli Aviasiya Akademiyası (MAA) 2022-ci il yaz sessiyası üçün ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanlarının keçiriləcəyini elan edir.
MAA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli 06-R nömrəli qərarı ilə təsdiq edilmiş Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydasına əsasən aşağıda göstərilən ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanları keçiriləcəkdir.
İmtahanların keçirilmə tarixi və vaxtı:
- 5612.01 “Cinayət prosesi; kriminalistika və məhkəmə ekspertizası; əməliyyat-axtarış fəaliyyəti” ixtisas fənni üzrə imtahan – 06 iyul 2022-ci il, saat 10:00;
- 5611.01 “Cinayət hüququ və kriminologiya; cəza – icra hüququ” ixtisas fənni üzrə imtahan – 07 iyul 2022-ci il, saat 10:00;
- 5607.01 “Konstitusiya hüququ; bələdiyyə hüququ” ixtisas fənni üzrə imtahan – 07 iyul 2022-ci il, saat 12:00.
Əlaqə