XƏBƏR VƏ ELANLAR

Milli Aviasiya Akademiyası (MAA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə işçi elan edir

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İctimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyətini təşkilatın ümumi məqsədləri ilə uyğunlaşdırmaq;
  • İctimaiyyətlə əlaqələr şöbəsinin işçilərinin fəaliyyətini koordinasiya etmək və onlara rəhbərlik etmək;
  • Əməkdaşlara aid PR layihələrdə İnsan resursları şöbəsi ilə əlaqədə olmaq;
  • PR layihələrlə bağlı video və foto çəkilişləri, korporativ tədbirləri, mətbuat konfranslarını və digər ictimai tədbirləri təşkil etmək;
  • İctimai rəyin təhlili və təşkilatın fəaliyyətinə dair məlumatlar toplamaq, ortaya çıxan problemlərin həlli üçün tədbirlər görmək;
  • Tədbirlər, sərgilər və təşkilati işlərə dair press-relizlərin ilkin variantını hazırlamaq və mətnləri redaktə etmək;
  • Sosial media hesablarının aktiv idarə olunmasını təmin etmək;
  • Media qurumları ilə əlaqələri formalaşdırmaq və inkişaf etdirmək;
  • Azərbaycan, rus və ingilis dillərində çıxış nitqlərini yazmaq;
  • Kütləvi informasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirini təhlil etmək;
  • Hesabatların hazırlanmasında iştirak etmək.

Tələblər:

  • Ali təhsil (müvafiq sahə üzrə olması arzuolunandır);
  • İctimaiyyətlə əlaqələr, jurnalistika və ya marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
  • Tədbirlərin və layihələrin planlaşdırılması və icrası sahəsində təcrübə;
  • Azərbaycan dilində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı, rus və ingilis dili biliyi əlavə üstünlükdür;
  • Orfoqrafik yazı qaydalarını mükəmməl bilməli;
  • Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
  • Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
  • Güclü kommunikasiya və təqdimat bacarığı;
  • Texnoloji yeniliklər barədə məlumatlı olmaq arzuolunandır;
  • Media və PR sahəsində geniş əlaqələr şəbəkəsi.

Əlavə məlumatlar:

  • İş qrafiki: I-V günlər, 08:30-17:00;
  • Ünvan: Bakı şəh., Mərdəkan pr., 30, AZ1045

Vakansiyaya son müraciət tarixi: 15.01.2025

Qeyd olunan tələblərə uyğun namizədlər öz CV-lərini və tövsiyə məktublarını hr@naa.edu.az  e-mail ünvanına göndərə bilərlər (mövzu hissəsinə müraciət olunan vakansiyanın adının qeyd olunması mütləqdir)

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin