XƏBƏR VƏ ELANLAR

26-30 noyabr 2024-cü il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində Robototexnika üzrə beynəlxalq “Professionallar” çempionatı keçirilib

Müsabiqədə Azərbaycanı təmsil etmək üçün seçilmiş iştirakçılar sırasından Milli Aviasiya Akademiyasının “Robototexnika və mexatronika mühəndisliyi” ixtisasının 2572i qrup tələbələri Aqşin Əhmədli və Nicat Şiriyev uğurla çıxış edərək “İndustrial Aviation Assembly” nominasiyası üzrə Xarici yarışmaçılar üzrə dəyərləndirmədə 1-ci, Ümumi dəyərləndirmə üzrə 2-ci yerə layiq görülüblər.

Tələbələrimizi beynəlxalq müsabiqədə qazandıqları növbəti uğurları münasibətilə təbrik edir, onlara yeni zirvələri fəth etmələrini arzulayırıq!

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin