REKTOR

Bizim mənəvi məhsulumuz TƏLƏBƏDİR. Tələbəyə böyük hörmət, izzət və kömək bizim borcumuzdur!

Akademik Arif Mir Cəlal oğlu Paşayev
_DSC1567

1996-cı ildən Milli Aviasiya Akademiyasının rektoru fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Arif Mir Cəlal oğlu Paşayevdir. Rektor təyin olunduğu ildən Milli Aviasiya Akademiyası yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Akademik A.M.Paşayev fəaliyyətində tədris prosesinin və elmi-tədqiqat işlərinin ən müasir tələblər səviyyəsində təşkilinə nail olmuşdur.

Akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Mühəndislik Akademiyasının prezidentidir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Kosmik məsələlər üzrə Şuranın sədridir.

Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərinə görə akademik Arif Paşayev “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenləri ilə təltif edilmişdir.

 

Rektor haqqında geniş məlumat üçün:

Biblioqrafiya

Wikipedia