BAKALAVRİAT

Əziz abituriyentlər!

Milli Aviasiya Akademiyasına tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi test imtahanlarında iştirak etməklə, DİM-in və «Azərbaycan Hava Yolları» QSC-nin təsdiq etdiyi qəbul qaydaları əsasında aparılır. Qəbul qaydalarında göstərilən tələbləri yerinə yetirən abituriyentlər DİM tərəfindən keçirilən ümumi müsabiqənin nəticələrinə əsasən MAA-ya qəbul olunurlar.

2021/2022-ci tədris ilində Milli Aviasiya Akademiyasının bakalavriat səviyyəsinə tələbə qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatın»-da göstərilən yeni ixtisaslar üzrə aparılacaqdır.

Yeni ixtisasların Təhsil Proqramları ölkəmizin və dünyanın əmək bazarının mütəxəssislərə olan ən müasir tələbləri əsasında, aparıcı elm və təhsil mərkəzlərinin, sənaye müəssisələrinin və şirkətlərin təcrübəsindən istifadə edilməklə hazırlanmış, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir.

«Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasına qəbulu nəzərdə tutulan yeni və müasir ixtisaslar haqqında məlumat almaq üçün Sizlərə bu ixtisasların qısa təsvirlərini təqdim edirik.
Sizə imtahanlarda müvəffəqiyyət, istədiyiniz ali təhsil müəssisəsinə və ixtisasa qəbulda uğurlar arzulayırıq!

2021/2022-ci tədris ilinə Milli Aviasiya Akademiyasının bakalavriat səviyyəsi üzrə ixtisaslara

QƏBUL PLANI

İxtisasın şifri İxtisasın adı Cəmi Təhsil müəssisəsinin təklif etdiyi proqnoz yerlər Ödənişli əsaslarla təsil alanların İllik təhsil haqqı məbləği (manat) İxtisasın pasportu
Azərbaycan bölməsi Rus bölməsi İngilis bölməsi
əyani qiyabi əyani qiyabi əyani qiyabi əyani qiyabi
1 050639 Uçuş mühəndisliyi* 20 20 2000

Keçid

2 050613 Hava nəqliyyatının hərəkətinin təşkili* 20 20 2000

Keçid

3 050601 Aerokosmik mühəndislik 72 48 24 2000

Keçid

4 050601 Aerokosmik mühəndislik* 12 12 2000
5 050507 Hidrometeorologiya 15 15 2000

Keçid

6 050603 Aviasiya təhlükəsizliyi mühəndisliyi 36 36 2000

Keçid

7 050621 Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi 27 15 12 2000

Keçid

8 050636 Radiotexnika və telekommunikasiya mühəndisliyi 27 15 12 2000

Keçid

9 050604 Cihaz mühəndisliyi 27 15 12 2000

Keçid

10 050607 Elektrik və elektronika mühəndisliyi 15 15 2000

Keçid

11 050608 Energetika mühəndisliyi 15 15 2000

Keçid

12 050634 Proseslərin avtomatlaşdırılması mühəndisliyi 15 15 2000

Keçid

13 050606 Ekologiya mühəndisliyi 15 15 2000

Keçid

14 050616 İnformasiya texnologiyaları 36 24 12 2000

Keçid

15 050620 Kompüter mühəndisliyi 27 15 12 2000

Keçid

16 050620 Kompüter mühəndisliyi* 12 12 2000
17 050630 Mühəndis fizikası 27 15 12 2000

Keçid

18 050405 İqtisadiyyat 15 15 2500

Keçid

19 050406 Maliyyə 15 15 2500

Keçid

20 050408 Menecment 27 15 12 2500

Keçid

21 050206 Hüquqşünaslıq 36 24 12 3000

Keçid

Cəmi 511 327 120 64

* Müsabiqə Azərbaycan və Rus bölmələri üzrə birgə aparılır.

Əziz abituriyentlər!

2021-2022-ci tədris ili üçün «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasına tələbə qəbulu qaydalarını Sizin diqqətinizə çatdırırıq:

  1. Beynəlxalq hava məkanında və aviasiya texnikasının istismarında istifadə üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) tərəfindən vahid danışıq dili ingilis dili qəbul edildiyindən, DİM tərəfindən keçirilən imtahanlarda «Xarici dil» qismində yalnız ingilis dilindən imtahan vermiş abituriyentlər Milli Aviasiya Akademiyasının (MAA) birinci qrup ixtisaslarına qəbul oluna bilərlər.
  2. 2021/2022-ci tədris ili üçün MAA-nın 050639 «Uçuş mühəndisliyi», 050613 «Hava nəqliyyatının hərəkətinin təşkili», 050601 «Aerokosmik mühəndislik», 050620 «Kompüter mühəndisliyi» ixtisaslarının ingilis dili bölməsinə tələbə qəbulu planlaşdırıldığından, DİM tərəfindən bu ixtisaslara keçirilən qəbul müsabiqəsində ingilis dili üzrə müsabiqə şərtlərinə cavab verən Azərbaycan və rus bölmələrinin abituriyentləri birgə iştirak edə bilərlər.
  3. MAA-nın 050639 «Uçuş mühəndisliyi» və 050613 «Hava nəqliyyatının hərəkətinin təşkili» ixtisaslarına sənəd verən abituriyentlər Heydər Əliyev Beynəlxalq Aeroportu Tibbi Sanitar İdarəsinin Aviasiya poliklinikasının Həkim­ uçuş ekspert komissiyasında peşə seçimi nəzərə alınmaqla xüsusi tibbi müayinədən, «Psixofizioloji peşə seçimi» xüsusi qabiliyyət müsabiqəsindən keçməli və Milli Aviasiya Akademiyasında «Fiziki hazırlıq» üzrə normativləri yerinə yetirməlidirlər.
  4. 050639 «Uçuş mühəndisliyi» və 050613 «Hava nəqliyyatının hərəkətinin təşkili» ixtisaslarına xüsusi qabiliyyət müsabiqələrini və tibbi müayinəni müvəffəqiyyətlə keçmiş 23 yaşına qədər abituriyentlər qəbul oluna bilərlər. Həmin ixtisasların abituriyentləri MAA-nın DİM tərəfindən elanda göstərilən bütün digər birinci qrup ixtisaslarına qəbul olmaq hüququna malikdirlər.
  5. 050639 «Uçuş mühəndisliyi» ixtisasına 23 yaşına qədər oğlanlar qəbul oluna bilərlər.
  6. MAA-nın DİM tərəfindən elanda göstərilən bütün digər birinci qrup ixtisaslarına, yaşadıqları ərazidə qeydiyyatda olduqları poliklinikalarda ümumi qaydada tibbi müayinədən keçən və müvafiq sənədləri DİM tərəfindən müəyyən olunmuş qaydada təsdiq edilən abituriyentlər qəbul oluna bilərlər.
  7. Xarici dövlətlərin vətəndaşları Milli Aviasiya Akademiyasında yalnız ödənişli əsaslarla təhsil ala bilərlər.

Qaydaların 1-ci bəndi MAA-nın birinci qrup ixtisaslarına, 2-ci bəndi tədrisi ingilis dilində aparılan ixtisasların akademik qruplarına, 3-cü, 4-cü və 5-ci bəndləri yalnız 050639 «Uçuş mühəndisliyi» və 050613 «Hava nəqliyyatının hərəkətinin təşkili» ixtisaslarına, 6-cı və 7-ci bəndləri isə MAA-nın bütün ixtisaslarına aiddir.

2021/2022-ci tədris ilinə MAA-nın 050639 «Uçuş mühəndisliyi» və 050613 «Hava nəqliyyatının hərəkətinin təşkili» ixtisaslarına tələbə qəbulu yalnız ingilis dili bölməsi üzrə aparılır, 050601 «Aerokosmik mühəndislik», 050620 «Kompüter mühəndisliyi» ixtisaslarına isə qəbul Azərbaycan və rus dili bölmələri ilə yanaşı ingilis dili bölməsi üzrə də nəzərdə tutulmuşdur.

Əlaqə

(+994 12) 525 98 08 (25-91)

pabdullayev@naa.edu.az (Pərviz Abdullayev)