MAGİSTRATURA

Magistratura ali təhsilin ikinci səviyyəsi olmaqla, ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur.

Magistr hazırlığı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin ixtisaslarının (ixtisaslarının) təsnifatı” na uyğun olaraq mütəxəssislərin hazırlanmasını təmin edir.

Magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 2 ildir.

2021/2022-ci tədris ilinə Milli Aviasiya Akademiyasının magistratura səviyyəsi üzrə ixtisaslara

QƏBUL PLANI

İxtisasın şifri İxtisaslar üzrə ixtisaslaşmanın adı Cəmi Təhsil müəssisəsinin təklif etdiyi proqnoz yerlər Ödənişli əsaslarla təhsil alanların illik təhsil haqqı məbləği (manatla) Tədris planı Təhsil proqramı
Azərbaycan bölməsi Rus bölməsi İngilis bölməsi
əyani əyani əyani əyani
1 060212 Hüquqşünaslıq 4 4 3000
Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası 2 2
2 060401 Dünya iqtisadiyyatı 2 2 2500
Beynəlxalq iqtisadi münasibətlər 2 2
3 060402 Mühasibat uçotu və audit 2 2 2500
Xidmət sferasında mühasibat uçotu və audit 2 2
4 060407 Menecment 3 3 2500
Menecment (mülki aviasiyada) 3 3
5 060507 Hidrometeorologiya 2 2 2000
Aviasiya meteorologiyası 2 2
6 060608 Elektroenergetika mühəndisliyi 3 3 2000
Elektrik təchizatı (dəmir yollarında) 3 3
7 060614 Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi 9 4 5 2000
Uçuş aparatları və güc qurğuları 4 4
Uçuş aparatlarının elektrik, radio və cihaz avadanlıqları 5 5
8 060615 Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi 4 4 2000
Hava nəqliyyatı hərəkətinin idarə olunması 2 2
Aeronaviqasiya təminatı 2 2
9 060616 Uçuş mühəndisliyi 5 5 2000
Hava gəmilərinin uçuş istismarı 5 5
10 060617 Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi 4 4 2000
Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi 4 4
11 060623 Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi 4 2 2 2000
Nəqliyyat logistikası 4 2 2
12 060624 Cihazqayırma mühəndisliyi 4 4 2000
Aviasiya cihazları 2 2
Optik-elektron cihazlar və sistemlər 2 2
13 060627 Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi 6 3 3 2000
Radioelektron mübarizə vasitələri 3 3
Nəqliyyat radioavadanlıqlarının texniki istismarı 3 3
14 060628 Proseslərin avtomatlaşdırılması mühəndisliyi 2 2 2000
Dəmir yolu nəqliyyatında avtomatika, telemexanika və rabitə 2 2
15 060631 Kompüter mühəndisliyi 5 3 2 2000
Kompüter mühəndisliyi 5 3 2
16 060632 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi 5 5 2000
Aerokosmik informasiya sistemləri 2 2
Tətbiqi proqram təminatı 3 3
17 060649 Ekologiya mühəndisliyi 4 2 2 2000
Aerokosmik monitorinq 2 2
Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması 2 2
18 060652 Kosmik texnika və texnologiyalar mühəndisliyi 3 3 2000
Kosmik aparatlar və idarəetmə sistemləri 3 3
Cəmi 71 41 9 21

QƏBUL QAYDALARI

Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və DİM tərəfindən qoyulan şərtləri ödəyənlər ixtisas seçimində iştirak etmək imkanı əldə edirlər.

Hər il magistratura səviyyəsinə qəbul imtahanlarına hazırlıq məqsədi ilə ali təhsil müəssisələrinin ixtisaslaşmalarının tədris planları təhlil olunur və onların klasterləşdirilməsi aparılır. Müəyyən edilmiş hər bir ixtisaslaşma istiqaməti üzrə qəbul proqramları hazırlanır, test tapşırıqları tərtib edilir və qapalı şəraitdə onların ekspertizası keçirilir. Qəbul proqramları “Magistr” jurnalında çap edilərək bakalavrların istifadəsinə verilir. İmtahanların məzmununu təşkil edən bütün bu materialları DİM-in mütəxəssislərinin təşkilatçılığı ilə respublikanın ali təhsil müəssisələrinin müvafiq ixtisas kafedralarının professor-müəllim heyəti hazırlayır.

Qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2017-ci il tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları” ilə tənzimlənir. Qaydalara əsasən, magistratura səviyyəsinə qəbul olmaq hüququna bakalavrlar və digər ali təhsilli şəxslər malikdirlər.

Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrların məntiqi təfəkkürü, informatika və xarici dili bilmə səviyyələri test üsulu ilə yoxlanılır. İmtahanda bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunur. Hər bir blok üzrə son 5 sual açıq formalı test tapşırıqlarından ibarətdir. İmtahan suallarının cavablandırılmasına 3 saat vaxt ayrılır. Bakalavrların hər düzgün cavabı bir balla qiymətləndirilir.

Müsabiqəyə qəbul imtahanında topladıqları balı DİM tərəfindən müəyyən olunan şərtləri ödəyən bakalavrlar buraxılırlar.

Bakalavrlar müəyyən olunmuş tarixdə seçdikləri ixtisaslaşmaları istədikləri ardıcıllıqla öz elektron ərizə formasına daxil edib, hər bir ixtisaslaşma üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiklərini qeyd edib və təsdiqləyirlər.

Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qə­bul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir. Müsabiqə şərtləri ilə buradan tanış olmaq olar.

Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.

Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq olar.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə aşağıdakı linkə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir. (http://eservices.dim.gov.az/erizemag/erize)

Magistraturaya qəbul olunanların qeydiyyatı üçün aşağıdakı sənədlər tələb olunur:

  1. İş nömrəsi və şəxsi kabinetə daxil olmaq üçün Fərdi İdentifikasiya Nömrəsi (FİN).
  2. Əvvəlki illərin məzunları üçün diplomun əsli, cari ilin məzunları üçün təhsil aldıqları ali təhsil müəssisəsindən ixtisasın tam kursunu müvəffəqiyyətlə (fərqlənmə və ya adi) bitirməsi haqqında arayış.
  3. Ödənişli əsaslarla qəbul olunanlar üçün 1-ci ilin təhsil haqqının ödənilməsi barədə qəbz.
  4. Hərbi biletin surəti.
  5. Tərcümeyi-hal.
  6. Şəxsiyyət vəsiqəsinin surəti.
  7. 4 ədəd 3×4 ölçülü fotoşəkil (ağ fonda).
  8. Sağlamlıq haqqında arayış.

 

Əlaqə

(+994 12) 525 98 08 (23-48; 23-21)