XƏBƏR VƏ ELANLAR

Əziz abituriyentlər! Sizi MAA-nın Hüquqşünaslıq ixtisasında təhsil almağa dəvət edirik.

Əziz abituriyentlər!

Sizi böyük məmnuniyyətlə Milli Aviasiya Akademiyasının (MAA) Hüquqşünaslıq ixtisasında təhsil almağa dəvət edirik. Bu ixtisas üzrə tədris Azərbaycan və rus dillərində aparılır.

Milli Aviasiya Akademiyasında Siz fundamental biliklərlə yanaşı praktik bacarıqlara yiyələnəcəksiniz və əmək bazarında özünüzə layiqli yer tapacaqsınız.

Sizə nüfuzlu hüquqşünas alimlərlə yanaşı, məhkəmə hakimiyyətinin (hakimlər) və hüquq-mühafizə orqanlarının aparıcı mütəxəssisləri dərs deyəcəklər.

Bölgələrdə yaşayan tələbələr üçün Tələbə şəhərciyi, otel tipli yataqxanalar, yaşayış və təhsil üçün rahat və əlverişli şərait, zəruri infrastruktur mövcuddur.

Sizi  Milli Aviasiya Akademiyasının tələbələri sırasında görməkdən məmnun olardıq!

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin