XƏBƏR VƏ ELANLAR

Milli Aviasiya Akademiyasına qəbul olan abituriyentlərin nəzərinə

ƏZİZ ABİTURİYENTLƏR!

Sizləri tələbə olmağınız münasibəti ilə səmimi təbrik edir və uğurlar arzulayırıq!

“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasını seçdiyiniz üçün Sizə təşəkkür edirik!

Məlumat üçün bildiririk ki, Milli Aviasiya Akademiyasına qəbul olmuş abituriyentlərin qeydiyyatı 2021-ci ilin 7 sentyabr tarixi saat 0900-dan 20 sentyabr tarixi saat 2359-a kimiONLİNE” rejimdə aparılacaq (www.portal.edu.az). Tələb olunan sənədlərin siyahısını təqdim edirik.

 

Qeydiyyatdan keçmək üçün tələb olunan sənədlərin

SİYAHISI

  1. Təhsil haqqında sənəd (attestat, diplom və s.);
  2. Şəxsiyyəti təsdiq edən sənədin elektron surəti (Azərbaycan Respublikası vətəndaşları üçün şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün Azərbaycanda müvəqqəti yaşama icazəsi sənədi və ya xarici pasport);
  3. Abituriyentin elektron ərizəsi (DİM-in saytından abituriyentin şəxsi kabinetindən əldə olunur – Cari il ərizələrində İş Nömrəsini klik etməklə);
  4. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışçı Vəsiqəsinin və ya hərbi biletin elektron surəti;
  5. Sağlamlıq haqqında arayış (yaşayış yerindən poliklinikadan alınmış 86 nömrəli tibbi Forma);

 

Qeyd:

“Online” qeydiyyat zamanı, ancaq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışçı Vəsiqəsinin və ya hərbi biletin elektron surətinin, həmçinin Təhsil haqqı güzəşti və təqaüd üçün müraciət edənlərdə isə təsdiqedici sənədlərin elektron surətlərinin www.portal.edu.az saytına yüklənməsi məcburidir. Digər sənədləri, tələbələr Milli Aviasiya Akademiyasına gəldikdə özləri ilə gətirmələri tələb edilir.

 

Elanları İzləyin !!!

Yaranacaq suallarla bağlı əlaqə saxlaya bilərsiniz:

Məsul katib – Pərviz Abdullayev: (+99450) 632 66 77; (+99412) 456 08 04;

Email: pabdullayev@naa.edu.az

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin