BAKALAVRİAT
Əziz abituriyentlər!
Milli Aviasiya Akademiyasına tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin (DİM) və «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin təsdiq etdiyi qəbul qaydaları əsasında aparılır.
Qəbul qaydalarında göstərilən tələbləri yerinə yetirən abituriyentlər, DİM tərəfindən keçirilən test imtahanlarının və ümumi müsabiqənin nəticələrinə əsasən Milli Aviasiya Akademiyasına qəbul olunurlar.
Milli Aviasiya Akademiyasının ixtisaslarının Təhsil Proqramları ölkəmizin və dünyanın əmək bazarının mütəxəssislərə olan ən müasir tələbləri əsasında, aparıcı elm və təhsil mərkəzlərinin, sənaye müəssisələrinin və şirkətlərin təcrübəsindən istifadə edilməklə hazırlanmış, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir.
«Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının ixtisasları haqqında məlumat almaq üçün Sizlərə bu ixtisasların qısa təsvirlərini təqdim edirik.
Sizə imtahanlarda müvəffəqiyyət, istədiyiniz ali təhsil müəssisəsinə və ixtisasa qəbulda uğurlar arzulayırıq!
2022/2023-cü tədris ili üçün Milli Aviasiya Akademiyasının bakalavriat səviyyəsi ixtisaslarına
QƏBUL PLANI
№ | İxtisasın şifri | İxtisasın adı | Cəmi | Təhsil müəssisəsinin təklif etdiyi proqnoz yerlər | Ödənişli əsaslarla təsil alanların İllik təhsil haqqı məbləği (manatla) | İxtisasın pasportu | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Azərbaycan bölməsi | Rus bölməsi | İngilis bölməsi | ||||||||||
əyani | qiyabi | əyani | qiyabi | əyani | qiyabi | əyani | qiyabi | 1 | 050639 | Uçuş mühəndisliyi | 20 | 20 | 2000 |
Keçid |
2 | 050613 | Hava nəqliyyatının hərəkətinin təşkili | 20 | 20 | 2000 |
Keçid |
||||||
3 | 050601 | Aerokosmik mühəndislik | 45 | 30 | 15 | 2000 |
Keçid |
|||||
15 | 15 | 2000 | ||||||||||
4 | 050507 | Hidrometeorologiya | 15 | 15 | 2000 |
Keçid |
||||||
5 | 050603 | Aviasiya təhlükəsizliyi mühəndisliyi* | 30 | 15 | 15 | 2000 |
Keçid |
|||||
6 | 050621 | Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi | 42 | 15 | 15 | 12 | 2000 |
Keçid |
||||
050621 | Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi* | 12 | 12 | 1600 | ||||||||
7 | 050636 | Radiotexnika və telekommunikasiya mühəndisliyi* | 27 | 15 | 12 | 2000 |
Keçid |
|||||
8 | 050604 | Cihaz mühəndisliyi | 15 | 15 | 2000 |
Keçid |
||||||
9 | 050607 | Elektrik və elektronika mühəndisliyi* | 27 | 15 | 12 | 2000 |
Keçid |
|||||
10 | 050608 | Energetika mühəndisliyi | 15 | 15 | 2000 |
Keçid |
||||||
11 | 050634 | Proseslərin avtomatlaşdırılması mühəndisliyi | 15 | 15 | 2000 |
Keçid |
||||||
12 | 050606 | Ekologiya mühəndisliyi | 15 | 15 | 2000 |
Keçid |
||||||
13 | 050616 | İnformasiya texnologiyaları | 30 | 15 | 15 | 2000 |
Keçid |
|||||
15 | 15 | 2000 | ||||||||||
14 | 050620 | Kompüter mühəndisliyi | 30 | 15 | 15 | 2000 |
Keçid |
|||||
15 | 15 | 2000 | ||||||||||
15 | 050630 | Mühəndis fizikası | 15 | 15 | 2000 |
Keçid |
||||||
16 | 050629 | Mexatronika və robototexnika mühəndisliyi* | 24 | 12 | 12 | 2000 | ||||||
050629 | Mexatronika və robototexnika mühəndisliyi | 12 | 12 | 2000 | ||||||||
17 | 050405 | İqtisadiyyat | 15 | 15 | 2500 |
Keçid |
||||||
18 | 050408 | Menecment | 27 | 15 | 12 | 2500 |
Keçid |
|||||
19 | 050206 | Hüquqşünaslıq | 45 | 30 | 15 | 3000 |
Keçid |
|||||
Cəmi | 541 | 282 | 12 | 138 | 109 |
* Müsabiqə Azərbaycan və Rus bölmələri üzrə birgə aparılır.
İngilisdilli ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri ilə birgə aparılır.
Əziz abituriyentlər!
2022-2023-cü tədris ili üçün «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasına tələbə qəbulu qaydalarını Sizin diqqətinizə çatdırırıq:
- Beynəlxalq hava məkanında və aviasiya texnikasının istismarında istifadə üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) tərəfindən vahid danışıq dili ingilis dili qəbul edildiyindən, DİM tərəfindən keçirilən imtahanlarda «Xarici dil» qismində yalnız ingilis dilindən imtahan vermiş abituriyentlər Milli Aviasiya Akademiyasının (MAA) birinci qrup ixtisaslarına qəbul oluna bilərlər.
- MAA-nın 050639 «Uçuş mühəndisliyi», 050613 «Hava nəqliyyatının hərəkətinin təşkili», 050601 «Aerokosmik mühəndislik», 050616 «İnformasiya texnologiyaları», 050620 «Kompüter mühəndisliyi», 050621 «Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi», 050629 «Mexatronika və robototexnika mühəndisliyi» ixtisaslarının ingilis dili bölməsinə keçirilən qəbul müsabiqəsində ingilis dili üzrə müsabiqə şərtlərinə cavab verən Azərbaycan və rus bölmələrinin abituriyentləri birgə iştirak edə bilərlər.
- MAA-nın 050603 «Aviasiya təhlükəsizliyi mühəndisliyi», 050607 «Elektrik və elektronika mühəndisliyi», 050621 «Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi» (qiyabi, Azərbaycan bölməsi), 050629 «Mexatronika və robototexnika mühəndisliyi», 050636 «Radiotexnika və telekommunikasiya mühəndisliyi», 050408 «Menecment» ixtisaslarına keçirilən qəbul müsabiqəsində Azərbaycan və rus bölmələrinin abituriyentləri birgə iştirak edə bilərlər.
- MAA-nın 050639 «Uçuş mühəndisliyi» və 050613 «Hava nəqliyyatının hərəkətinin təşkili» ixtisaslarına sənəd verən abituriyentlər Heydər Əliyev Beynəlxalq Aeroportunda Tibb-sanitar İdarəsinin Aviasiya poliklinikasının Həkimuçuş ekspert komissiyasında peşə seçimi nəzərə alınmaqla xüsusi tibbi müayinədən, «Psixofizioloji peşə seçimi» xüsusi qabiliyyət müsabiqəsindən keçməli və Milli Aviasiya Akademiyasında «Fiziki hazırlıq» üzrə normativləri yerinə yetirməlidirlər.
- 050639 «Uçuş mühəndisliyi» və 050613 «Hava nəqliyyatının hərəkətinin təşkili» ixtisaslarına xüsusi qabiliyyət müsabiqələrini və tibbi müayinəni müvəffəqiyyətlə keçmiş 23 yaşına qədər abituriyentlər qəbul oluna bilərlər. Həmin ixtisasların abituriyentləri eyni zamanda MAA-nın DİM tərəfindən elanda göstərilən bütün digər birinci qrup ixtisaslarına qəbul olmaq hüququna malikdirlər.
- 050639 «Uçuş mühəndisliyi» ixtisasına 23 yaşına qədər oğlanlar qəbul oluna bilərlər.
- MAA-nın DİM tərəfindən elanda göstərilən bütün digər ixtisaslarına, yaşadıqları ərazidə qeydiyyatda olduqları poliklinikalarda ümumi qaydada tibbi müayinədən keçən və müvafiq sənədləri DİM tərəfindən müəyyən olunmuş qaydada təsdiq edilən abituriyentlər qəbul oluna bilərlər.
- Xarici dövlətlərin vətəndaşları Milli Aviasiya Akademiyasında yalnız ödənişli əsaslarla təhsil ala bilərlər.
Qaydaların 1-ci bəndi Milli Aviasiya Akademiyasının birinci qrup ixtisaslarına, 2-ci bəndi tədrisi ingilis dilində nəzərdə tutulan və qəbulu birgə aparılan ixtisasların akademik qruplarına, 3-cü bəndi qəbulu birgə aparılan ixtisasların akademik qruplarına, 4-cü və 5-ci bəndləri 050613 «Hava nəqliyyatının hərəkətinin təşkili» və 050639 «Uçuş mühəndisliyi» ixtisaslarına, 6-cı bəndi 050639 «Uçuş mühəndisliyi» ixtisasına, 7-ci və 8-ci bəndləri isə MAA-nın bütün ixtisaslarına aiddir.
Diqqət!
MAA-nın 050639 «Uçuş mühəndisliyi» və 050613 «Hava nəqliyyatının hərəkətinin təşkili» ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə:
Əziz abituriyentlər,
Qaydaların 4-cü bəndi 2020/2021-ci və 2021/2022-ci tədris illərinin qəbulunda olduğu kimi tətbiq edilir: 050639 «Uçuş mühəndisliyi» və 050613 «Hava nəqliyyatının hərəkətinin təşkili» ixtisaslarının abituriyentləri, Milli Aviasiya Akademiyasına qəbul olduqdan sonra, yəni Akademiyanın 1-ci kursunda oxuduqları müddətdə Heydər Əliyev Beynəlxalq Aeroportunda Tibb-sanitar İdarəsinin Aviasiya poliklinikasının Həkimuçuş ekspert komissiyasında ixtisasından asılı olaraq xüsusi tibbi müayinədən, «Psixofizioloji peşə seçimi» xüsusi qabiliyyət müsabiqəsindən keçməli və Milli Aviasiya Akademiyasında «Fiziki hazırlıq» üzrə normativləri yerinə yetirməlidirlər.
Xüsusi tibbi müayinəni və qabiliyyət müsabiqələrini müvəffəqiyyətlə keçən tələbələr təhsillərini oxuduqları ixtisaslarda davam etdirəcəklər.
Xüsusi tibbi müayinəni və yaxud qabiliyyət müsabiqələrini keçə bilməyən tələbələrə təhsillərini başqa ixtisaslarda davam etdirmək seçimi təklif olunacaqdır.
Nəzərə almağınız xahiş olunur.
Əlaqə
(+994 12) 525 98 08 (98-18)
qebul@naa.edu.az (Azər Həsənov)