DOKTORANTURA

 Doktoranturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları“na əsasən həyata keçirilir.

Azərbaycan Respublikasında fəlsəfə doktoru (elm sahələri göstərilməklə) və elmlər doktoru (elm sahələri göstərilməklə) elmi dərəcələri müəyyən edilmişdir.

Doktoranturaya (dissertanturaya) fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə qəbul aşağıdakı ixtisaslar üzrə həyata keçirilir.

Doktoranturaya və dissertanturaya fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə qəbul müəyyən ixtisaslar üzrə həyata keçirilir.

İxtisasın şifri İxtisasın adı Proqram
1. 3311.02 Təbii mühitə, maddələrə, materiallara və məmulatlara nəzarət cihazları və üsulları

Yüklə

2. 3324.04 Yerüstü komplekslər, buraxılış avadanlıqları, uçan aparatların və onların sistemlərinin istismarı

Yüklə

3. 3324.07 Məsafədən aerokosmik tədqiqatlar

Yüklə

4. 3325.02 Radiotexnika, radionaviqasiya, radiolokasiya, televiziya sistemləri və qurğuları

Yüklə

5. 3338.01 Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)

Yüklə

6. 3350.01 Daşınma proseslərinin idarə edilməsi

Yüklə

7. 3351.01 Naviqasiya və havada hərəkətin idarə edilməsi

Yüklə

8. 3352.01 Hava nəqliyyatının istismarı

Yüklə

9. 3361.01 Bərk cisim elektronikası, radioelektron komponentləri, mikro və nanoelektronika

Yüklə

10. 5312.01 Sahə iqtisadiyyatı

Yüklə

11. 5607.01 Konstitusiya hüququ, bələdiyyə hüququ

Yüklə

12. 5608.01 Mülki hüquq: sahibkarlıq hüququ; ailə hüququ; beynəlxalq xüsusi hüquq”
13. 5611.01 Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ

Yüklə

Doktoranturaya (dissertanturaya) qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  • ərizə (MAA rektorunun adına);
  • kadrların şəxsi-qeydiyyat vərəqi;
  • xasiyyətnamə;
  • əmək kitabçasından çıxarış;
  • tərcümeyi-hal;
  • rəngli fotoşəkil (3 x 4 sm ölçüdə, ağ fonda);
  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
  • xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatı (IELTS, TOEFL, TestDaF, DELF, DALF) əgər varsa (Bu sertifikata malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar);
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
 

Doktoranturaya və dissertanturaya sənəd qəbulu müəyyən tarixlərdə Təhsil Nazirliyinin portal.edu.az sistemi üzərindən aparılır. Sənədlərini tam və düzgün yerləşdirən iddiaçılar nəzərdə tutulan elmi rəhbərləri ilə müsahibədən keçir. MAA-da yaradılmış Qəbul komissiyası  müsahibənin nəticələri və təqdim olunmuş sənədlər əsasında qəbul imtahanlarına (ingilis dili, fəlsəfə, ixtisas fənni üzrə) buraxılmaq haqqında qərar qəbul edir.

DOKTORANTURAYA QƏBUL QAYDALARI

  1. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
  2. Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.
  3. Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı DİM tərəfindən müəyyənləşdirilir. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi DİM tərəfindən müəyyənləşdirilir.
  4. Fəlsəfə fənni üzrə imtahan Milli Aviasiya Akademiyasında keçirilir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.
  5. Fəlsəfə fənnindən “məqbul” alan şəxslər İxtisas fənni imtahanına buraxılırlar. İxtisas fənni imtahanı Milli Aviasiya Akademiyasında keçirilir.
  6. Qəbul komissiyası imtahanların nəticələri əsasında müvafiq qərar qəbul edir. Qərar barədə məlumat şəxsin ərizəsində göstərdiyi elektron poçt ünvanına və ya əlaqə nömrəsinə göndərilir.
  7. Komissiyanın qərarından razı olmayan şəxslər qərar qəbul edildikdən və bu barədə məlumat aldıqdan sonra 3 (üç) iş günü müddətində MAA-nın rektoruna apellyasiya ərizəsi ilə müraciət edə bilər. Müraciətə 5 (beş) iş günü müddətində baxılır və əsaslandırılmış qərar qəbul edilir. Qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
  8. Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, bir qayda olaraq, azı iki il elmi və ya elmi-pedaqoji iş stajı olanlar malikdirlər.
  9. Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) 3-cü bənddə göstərilən qaydada keçirilən qəbul imtahanı verirlər.
  10. “Elmlər doktoru” elmi dərəcəsi almaq hüququna “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər.
  11. Doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təhsil qrantı proqramına, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, MAA ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.

Əlaqə

(+994 12) 525 98 08 (23-48)

(+994 12) 556 51 13

Mob. +99455 785 77 72

rmukhtarov@naa.edu.az (Ramil Muxtarov)