Milli Aviasiya Akademiyasında ingilis dilində təhsil alacaq abituriyentlər 12 sentyabr 2023-cü il, saat 09:00-da “İngilis dili bilik səviyyələrinin” təyin edilməsi üzrə imtahanda iştirak etməlidirlər.
İxtisas kodu (DİM) |
İxtisas adı (tədris ingilis dilində) |
138372 | Uçuş mühəndisliyi |
138137 | Aerokosmik mühəndislik |
138218 | Hava nəqliyyatının hərəkətinin təşkili |
138315 | Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi |
138242 | İnformasiya texnologiyaları |
138275 | Kompüter mühəndisliyi |
138331 | Mexatronika və robototexnika mühəndisliyi |
Tələbələr Milli Aviasiya Akademiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər
SİYAHISI
- Təhsil haqqında sənədin əsli (attestat (9 illik lazım deyil), diplom və s.);
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışçı Vəsiqəsinin və ya hərbi biletin surəti;
- Sağlamlıq haqqında arayış (yaşayış yerindən poliklinikadan alınmış 86 nömrəli tibbi Forma);
- Şəxsiyyəti təsdiq edən sənədin surəti (Azərbaycan Respublikası vətəndaşları üçün şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün Azərbaycanda müvəqqəti yaşama icazəsi sənədi və xarici pasport);
- Foto şəkil 3×4 – 6 ədəd;