XƏBƏR VƏ ELANLAR

Hörmətli professor-müəllim və tələbə heyəti, sizi “Əsgərin kitab rəfi” adlı kitab toplama aksiyasına qoşulmağa dəvət edirik.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təşkilatçılığı, “İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə təşkil olunmuş “Əsgərin kitab rəfi” adlı kitab toplama aksiyasına Milli Aviasiya Akademiyası da qoşulmuşdur.

Hörmətli professor-müəllim və tələbə heyəti,

Sizi elmi, bədii, publisistik və digər janrlarda kitablarınızı (Azərbaycan və rus dillərində) Vətənimizin keşiyində duran əsgərlərimizə hədiyyə etməklə kitab toplama aksiyasına qoşulmağa dəvət edirik. Layihə çərçivəsində kitab toplama aksiyasına qoşularaq Vətənimizin keşiyində duran əsgərlərimizə oxuduğunuz kitabları hədiyyə edə bilərsiniz. 

Əsgərlərimizin asudə vaxtlarının səmərəli keçirilməsi və mütaliyəyə marağının artırılması məqsədilə “Əsgərin kitab rəfi” aksiyası çərçivəsində toplanan kitablar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə çatdırılır.

Aksiya çərçivəsində kitab hədiyyə etmək istəyən şəxslər 19.02.2024-cü il tarixində MAA-nın kitabxanasına yaxınlaşaraq kitablarını təqdim edə bilərlər.

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin