XƏBƏR VƏ ELANLAR

“İnformasiya Texnologiyaları” və “Kompüter Mühəndisliyi” ixtisasları üçün aşağıdakı istiqamətlər üzrə tədrisi İngilis dilində həyata keçirəcək ştat və ya əvəzçi professor-müəllim heyətinin axtarışındayıq

Tədris istiqamətləri:
• Süni intellekt;
• Kibertəhlükəsizlik;
• Full-stack development;
• Şəbəkə və sistem inzibatçılığı;
• Proqram məhsullarının keyfiyyət təminatı.
 
Fənlər: Proqramlaşdırma, Verilənlər bazası, Süni intellekt, Kompüter arxitekturası, Kompüter şəbəkələri və tədris planlarında olan digər fənlər.
 
Tədris planları ilə tanış olmaq üçün:
 
Namizədlərdən gözləntilərimiz:
• Müvafiq ixtisas üzrə ali təhsil (magistr dərəcəsi mütləqdir);
• Yüksək səviyyədə ingilis dili biliyi;
• Tələbkarlıq və nizam-intizam;
• Akademik və/və ya praktiki təcrübə;
• Komandada işləmə bacarığı və məsuliyyətlilik;
• Müasir tədris vasitələrinə və metodlarına bələdlik.
 
Dövlət proqramı ilə xaricdə təhsil almış namizədlərə üstünlük veriləcək.
 
Son müraciət tarixi: 25.05.2025
 
📌CV və əlaqə məlumatlarınızı hr@naa.edu.az ünvanına göndərməyinizi xahiş edirik.
Mövzu hissəsində “IT education” qeyd olunması mütləqdir.
 
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin