XƏBƏR VƏ ELANLAR

MAA–nın kitabxanası yenilənmiş veb saytını (https://library.naa.edu.az/) oxucuların istifadəsinə təqdim edir.

Hörmətli professor-müəllim heyəti və tələbələr,

Müasir dizayn modullarından istifadə etməklə yenilənmiş https://library.naa.edu.az/ saytı ilə kitabxanamızın imkanlarından artıq daha rahat şəkildə istifadə edə biləcəksiniz.

Sayta daxil olaraq, kitabxanamızda mövcud olan və yeni daxil olmuş nəşrlər, daim yenilənən yerli və xarici dövri mətbuatlar, o cümlədən kitabxanamızın abunə olduğu məlumat bazaları ilə tanış ola bilərsiniz.

Həmçinin sayt vasitəsilə kitabxana (“Haqqımızda” bölməsi) və kitabxanadan istifadə qaydaları (“İstifadə qaydaları” bölməsi) haqqında geniş məlumatlar əldə edə bilərsiniz.

“Elanlar” bölməsində keçiriləcək müxtəlif sərgilər, vebinarlar barədə, “Xəbərlər” bölməsində isə kitabxananın fəaliyyəti ilə bağlı məlumatlar yerləşdirilmişdir.

Qeyd olunanlarla yanaşı, “Elektron resurslar” pəncərəsi vasitəsilə geniş məlumat bazasına malik olan “Kitabxana İdarəetmə Sistemi”nə keçid edə və müxtəlif meyarlar üzrə axtarışınızı həyata keçirə bilərsiniz.

Mütəmadi olaraq yenilənən “Görkəmli şəxsiyyətlər” bölməsində görkəmli tarixi şəxsiyyətlər haqqında mövcud olan resurslar və foto şəkillər öz əksini tapmışdır.

Saytın istifadəsi asan, zaman və məkan asılılığı olmadan oxucuların istifadəsinə açıqdır. “Əlaqə” pəncərəsində yerləşən “Əlaqə formu” bölməsinə daxil olaraq, bizə suallarınızı ünvanlaya, o cümlədən təklif və iradlarınızı göndərə bilərsiniz.

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin