ƏZİZ ABİTURİYENTLƏR!
Sizləri tələbə olmağınız münasibəti ilə səmimi təbrik edir və uğurlar arzulayırıq!
“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasını seçdiyiniz üçün Sizə təşəkkür edirik!
Milli Aviasiya Akademiyasına qəbul olunan abituriyentlər 2 sentyabr saat 12:00-dan 12 sentyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Qeyd:
“Online” qeydiyyat zamanı, ancaq təhsil haqqında sənəd (attestat, diplom və s.), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışçı Vəsiqəsinin və ya hərbi biletin elektron surətinin, həmçinin Təhsil haqqı güzəşti və təqaüd üçün müraciət edənlərdə isə təsdiqedici sənədlərin elektron surətlərinin www.portal.edu.az saytına yüklənməsi məcburidir.
Tələbələr Milli Aviasiya Akademiyasına gəldikdə özləri ilə gətirmələri tələb olunan sənədlərin
SİYAHISI
- Təhsil haqqında sənəd (attestat, diplom və s.);
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışçı Vəsiqəsi və ya hərbi biletin surəti;
- Sağlamlıq haqqında arayış (yaşayış yerindən poliklinikadan alınmış 86 nömrəli tibbi Forma);
- Şəxsiyyəti təsdiq edən sənədin surəti (Azərbaycan Respublikası vətəndaşları üçün şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün Azərbaycanda müvəqqəti yaşama icazəsi sənədi və ya xarici pasport);
- Foto şəkil 3×4 – 6 ədəd;
- Abituriyentin elektron ərizəsi (DİM-in saytından abituriyentin şəxsi kabinetindən əldə olunur – Cari il ərizələrində İş Nömrəsini klik etməklə).
Tələbələr Milli Aviasiya Akademiyasına aşağıdakı ixtisaslar üzrə göstərilmiş tarixlərdə gəlməlidirlər.
Sənədləri gətirməyi unutmayın!!!
Uçuş mühəndisliyi | 12.09.2022; 0930 |
Hidrometeorologiya | 12.09.2022; 0930 |
Aerokosmik mühəndislik | 12.09.2022; 0930 |
Hava nəqliyyatının hərəkətinin təşkili | 12.09.2022; 0930 |
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi | 12.09.2022; 0930 |
Aviasiya təhlükəsizliyi mühəndisliyi | 12.09.2022; 0930 |
İqtisadiyyat | 13.09.2022; 0930 |
Menecment | 13.09.2022; 0930 |
Hüquqşünaslıq | 13.09.2022; 0930 |
Ekologiya mühəndisliyi | 13.09.2022; 0930 |
İnformasiya texnologiyaları | 13.09.2022; 0930 |
Kompüter mühəndisliyi | 13.09.2022; 0930 |
Mühəndis fizikası | 14.09.2022; 0930 |
Cihaz mühəndisliyi | 14.09.2022; 0930 |
Elektrik və elektronika mühəndisliyi | 14.09.2022; 0930 |
Radiotexnika və telekommunikasiya mühəndisliyi | 14.09.2022; 0930 |
Energetika mühəndisliyi | 14.09.2022; 0930 |
Proseslərin avtomatlaşdırılması mühəndisliyi | 14.09.2022; 0930 |
Mexatronika və robototexnika mühəndisliyi | 14.09.2022; 0930 |
Yaranacaq suallarla bağlı əlaqə saxlaya bilərsiniz:
Əlaqə
(+994 12) 525 98 08 (98-18)
Email: qebul@naa.edu.az (Azər Həsənov)