Milli Aviasiya Akademiyasına qəbul olunan bakalavrlar 9 iyul saat 11:00-dan 18 iyul saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Qeyd:
“Online” qeydiyyat zamanı, ancaq təhsil haqqında sənədin (cari ilin məzunları üçün bitirdikləri təhsil müəssisəsindən aldıqları bitirmə haqqında arayış, əvvəlki illərin məzunları üçün isə diplom), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışçı Vəsiqəsinin və ya hərbi biletin elektron surətinin, həmçinin Təhsil haqqı güzəşti və təqaüd üçün müraciət edənlərdə isə təsdiqedici sənədlərin elektron surətlərinin www.portal.edu.az saytına yüklənməsi məcburidir.
Ödənişli əsaslarla magistraturaya daxil olanlar portalda qeydiyyatdan keçdikdən sonra təhsil müəssisəsi tərəfindən ödənişə yönləndirilir. Ödəniş elektron qaydada Hökümət Ödəniş Portalı (https://gpp.az/) vasitəsilə həyata keçirilir. Cari ilin təhsil haqqı tam şəkildə ödənilməlidir. Növbəti il üçün isə müvafiq semestrlərdən əvvəl ödəniş edilməlidir.
Tələbələr online qeydiyyatdan keçdikdən sonra aşağıda qeyd olunan sənədlərin elektron surətlərini akazimova@naa.edu.az elektron poçt ünvanına göndərməlidir:
- Təhsil haqqında sənəd (bakalavriat səviyyəsini bitirmə haqqında arayış, diplom);
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışçı Vəsiqəsi və ya hərbi bileti;
- Şəxsiyyəti təsdiq edən sənəd (Azərbaycan Respublikası vətəndaşları üçün şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün Azərbaycanda müvəqqəti yaşama icazəsi sənədi və ya xarici pasport);
- Foto şəkil 3×4;
- Tərcümeyi-hal (tələbənin, valideynin telefon nömrəsi və tələbənin email ünvanı da qeyd edilməlidir);
- Ödənişli əsaslarla qəbul olanlar üçün ödəniş qəbzi.