XƏBƏR VƏ ELANLAR

Milli Aviasiya Akademiyasına qəbul olan abituriyentlərin nəzərinə

ƏZİZ ABİTURİYENTLƏR!

Sizləri tələbə olmağınız münasibəti ilə səmimi təbrik edir və uğurlar arzulayırıq!

“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasını seçdiyiniz üçün Sizə təşəkkür edirik!

Milli Aviasiya Akademiyasına qəbul olunan abituriyentlər 5 sentyabr saat 11:00-dan 14 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri portal vasitəsilə dəqiqləşdirə bilərlər.

 

Tələbələr Milli Aviasiya Akademiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər

SİYAHISI

  1. Təhsil haqqında sənədin əsli (attestat (9 illik lazım deyil), diplom və s.);
  2. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışçı Vəsiqəsinin və ya hərbi biletin surəti;
  3. Sağlamlıq haqqında arayış (yaşayış yerindən poliklinikadan alınmış 86 nömrəli tibbi Forma);
  4. Şəxsiyyəti təsdiq edən sənədin surəti (Azərbaycan Respublikası vətəndaşları üçün şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün Azərbaycanda müvəqqəti yaşama icazəsi sənədi və xarici pasport);
  5. Foto şəkil 3×4 – 6 ədəd;

Tələbələr Milli Aviasiya Akademiyasına aşağıdakı ixtisaslar üzrə göstərilmiş tarixlərdə gəlməlidirlər. 

Sənədləri gətirməyi unutmayın!!!

Uçuş mühəndisliyi 13.09.2023 0930
Hidrometeorologiya 13.09.2023 0930
Aerokosmik mühəndislik 13.09.2023 0930
Hava nəqliyyatının hərəkətinin təşkili 13.09.2023 0930
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi 13.09.2023 0930
Aviasiya təhlükəsizliyi mühəndisliyi 13.09.2023 0930
Ekologiya mühəndisliyi 13.09.2023 0930
İnformasiya texnologiyaları 13.09.2023 0930
Kompüter mühəndisliyi 13.09.2023 0930
İqtisadiyyat 14.09.2023 0930
Maliyyə 14.09.2023 0930
Menecment 14.09.2023 0930
Hüquqşünaslıq 14.09.2023 0930
Mühəndis fizikası 14.09.2023 0930
Cihaz mühəndisliyi 14.09.2023 0930
Elektrik və elektronika mühəndisliyi 14.09.2023 0930
Radiotexnika və telekommunikasiya mühəndisliyi 14.09.2023 0930
Energetika mühəndisliyi 14.09.2023 0930
Proseslərin avtomatlaşdırılması mühəndisliyi 14.09.2023 0930
Mexatronika və robototexnika mühəndisliyi 14.09.2023 0930

Yaranacaq suallarla bağlı əlaqə saxlaya bilərsiniz:

Əlaqə

(+994 12) 525 98 42

(+994 12) 525 98 08 (98-18)

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin