XƏBƏR VƏ ELANLAR

Milli Aviasiya Akademiyası “Tədris-metodiki şöbənin mütəxəssisi” vəzifəsi üzrə müsabiqə elan edir.

Kateqoriya:

Mütəxəssis

Yaş:

21-45 yaş

Elan tarixi:

12/02/2024

Son müraciət tarixi:

20/02/2024

Əmək şəraiti:

Ofisdaxili və ofisxarici

İş vaxtının norması:

08:30-17:00/5 günlük iş həftəsi

Vəzifə (peşə) üzrə əmək haqqı:

Ştat cədvəlinə uyğun olaraq

Ödəniş növü:

Vaxtamuzd

Minimum təhsil dərəcəsi:

Ali

Sahə üzrə iş təcrübəsi:

Arzuolunandır

Vəzifə öhdəlikləri:

· Təsdiq edilmiş nomenklaturaya uyğun kargüzarlıq, tələbələrin şəxsi işlərinin və sənədlərinin saxlanılması və vaxtında arxivə  təhvil verilməsi;

· Kafedra və fakültələrdən lazımi sənədlərin vaxtında təqvim olunmasına nəzarət;

· Sifarişlərin, tələbnamələrin tərtib edilməsi, MAA-nın tədris bölmələrinə lazımi blankların, jurnal və digər sənədlərin qeydiyyatı və paylanması;

· Tədrisin məsələləri üzrə sərəncamların dekanlar və kafedra müdirlərinin nəzərinə çatdırılması, onların vaxtında icra edilməsinə nəzarət;

· Verilmiş sərəncamların qeydiyyatı jurnalının aparılması;

· Şöbəyə daxil olan və şöbədən gedən sənədlərin qeydiyyatını jurnalın aparılması, bu sənədlərin vaxtında çatdırılmasına nəzarət;

· Arayışların, çıxarışların, sorğuların, plan sənədlərinin hazırlanması və tərtib edilməsi;

· Yerinə yetirilmiş sənədlərin saxlanması, işlərin klassifikasiyasının aparılması;

· Tədris işləri üzrə lazımi məlumatların dekanlıqlar və kafedralardan sorğusu  (tələbə kontingenti haqda, tələbələrin dərslərə davamiyyəti haqda verilənlər);

Tələb olunan biliklər:

· Azərbaycan Respulikasının Konstitusiyası;

· Elm və təhsil sahələrinə dair Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları üzrə biliklər;

· Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamları üzrə biliklər;

· “Təhsil haqqında”, “Elm haqqında” və “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunları üzrə biliklər;

· Milli Aviasiya Akademiyasının daxili Nizamnaməsi, qərar, əmr və sərəncamları üzrə biliklər;

· Azərbaycanın Aviasiya Qaydaları üzrə biliklər;

· İCAO-nun aidiyyəti əlavələri, qaydaları, tövsiyə etdiyi təcrübə, ali məktəb pedaqogikası və psixologiyası üzrə biliklər;

· Tədrisin təşkili qaydaları üzrə biliklər;

Fərdi keyfiyyət göstəriciləri:

· Koordinasiya etmə bacarığı;

· Tədris planları və proqramlarla işləmək bacarığı;

· Təşəbbüskarlıq və tələbkarlıq;

· İntizamlılıq;

· Sərbəst və komanda ilə birgə işləmək bacarığı;

· Vəzifə öhdəliklərini tam və vaxtında icra etmək bacarığı;

· Nəticəyönümlülük və dəqiqlik.

Komputer bilikləri:

MS Office – əla.

Dil bilikləri:

Azərbaycan-əla, rus – orta, ingilis dili – orta.

İş yeri:

Mərdəkan prospekti, 30

Müraciət üçün keçid linki: https://forms.gle/87ud3GGVP2VMihaB6

Qeyd: CV-lərin azərbaycan dilində və şəkilli olması mütləqdir.

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin