XƏBƏR VƏ ELANLAR

Milli Aviasiya Akademiyası “Tədris prosesi üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir.

Kateqoriya: Mütəxəssis

Yaş: 24-45

Elan tarixi: 14/04/2023

Son müraciət tarixi: 30/04/2023

Əmək şəraiti: Ofisdaxili

İş vaxtının norması: 08:30-17:00/5 günlük iş həftəsi

Vəzifə (peşə) üzrə əmək haqqı:  Vaxtamuzd

Ödəniş növü:  Ştat cədvəlinə uyğun olaraq

Təhsil istiqaməti/ixtisası: İqtisadiyyat, İdarəetmə, Sosial elmlər və ya oxşar sahələr

Minimum təhsil dərəcəsi: Ali

Sahə üzrə iş təcrübəsi: Müvafiq sahədə ən az 2 il iş təcrübəsi

Tələb olunan biliklər:

  • Azərbaycan Respublikasının Konstitusiyası;
  • Təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları;
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamları;
  • Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrləri;
  • “Təhsil haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunları;
  •  “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” tələblərini;
  • ESG standartları üzrə biliklər;
  • Təhsil müəssisəsinin profilinə uyğun istehsal sahələrini, qabaqcıl ölkələrdə kadrların hazırlanması sahəsindəki təcrübələrə dair biliklər;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər arzu olunandır.

 

Fərdi keyfiyyət göstəriciləri:

  • Məsuliyyətlilik;
  • Etibarlılıq və dürüstlük;
  • İnkişafyönümlülük və innovativlik;
  • Operativlik və çeviklik;
  • Təşəbbüskarlıq;
  • Nəticəyə hədəfli.

Dil və kompüter bilikləri:

  • Dil bilikləri: dövlət dili (sərbəst), rus və ingilis dili (yaxşı səviyyədə)
  • Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə).

Vəzifə öhdəlikləri:

· Fakültə və kafedralar tərəfindən tərtib edilmiş və hazırlanmış tədris planları və fənn proqramlarının müvafiq yerli və beynəlxalq, həmçinin təhsil müəssisəsinin müəyyən etdiyi standart və tələblərə uyğunluğuna nəzarət edilməsi;

· Tədris planı və fənn proqramlarının tərtib edilməsinə dəstək olması;

· Tədris planı və fənn proqramlarının düzgün tətbiq edilməsinə nəzarət edilməsi;

· Əmək bazarını araşdıraraq ehtiyac duyulan fəaliyyət sahələri üzrə təlim proqramlarının hazırlanmasına və yenilənməsinə dair təkliflərin verilməsi;

· Tədrisə cəlb olunan tələbələrin müasir qiymətləndirmə üsullarından istifadə edilərək qiymətləndirilməsinə dəstək olması;

· Professor-müəllim heyətinin fəaliyyətinin tədris prosesi ilə əlaqədar rəy və təkliflərinin toplanılması, onların emal/analiz edilməsi və müvafiq hesabatların hazırlanması;

· Tədris prosesinin təşkil olunması və bu prosesə nəzarət edilməsi;

· Təlim üsullarının təhlili və inkişaf etdirilməsi üçün təkliflərin hazırlanması.

Tələb olunan sənədlər:

  • Şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • Tərcümeyi hal (CV- şəkilli, Azərbaycan dilində);
  • Ali təhsil diplomunun surəti.

                                                        

Müraciət üçün keçid linki: https://forms.gle/1Nj62rHwBuEAdtrf7.

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin