XƏBƏR VƏ ELANLAR

“VALYUTA SƏBƏTİ” İQTİSADİ FƏNLƏR OLİMPİADASI – 2022

TƏLƏBƏLƏRİN DİQQƏTİNƏ!

30 noyabr – 9 dekabr 2022-ci il tarixlərində “İqtisadiyyat və hüquq” fakültəsinin iqtisadi və menecment ixtisasları üzrə tələbələri arasında “Valyuta səbəti” adlı iqtisadi fənlər olimpiadası keçiriləcəkdir.

 

Olimpiadada iştirak üçün hər birində müxtəlif ixtisaslar üzrə 5 nəfər tələbə olmaqla qrup kuratorlarının iştirakı ilə 8 komanda yaradılır. Komandalar 3 turda (1/4 final, yarımfinal, 3-cü yer uğrunda və final görüşləri) olimpiadanın mükafatları uğrunda yarışacaqlar. 

Olimpiyadanın Təşkilat Komitəsi hörmətli tələbələrimizi bu möhtəşəm bilik yarışmasında iştirak etməyə və unudulmaz təcrübə qazanmağa dəvət edir!

1, 2, 3-cü yeri tutan komandaların üzvlərinə milli valyutada pul mükafatlarının verilməsi nəzərdə tutulur.

Arzu edənlər 25.11.2022-ci il tarixə qədər Təşkilat Komitəsinin üzvü, “İqtisadiyyat və hüquq” fakültəsinin dekan müavini Q. Süleymanova şifahi və ya elektron qaydada müraciət edə bilərlər!

Email: gsuleymanov@naa.edu.az.

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin