BEYNƏLXALQ ƏLAQƏLƏR ŞÖBƏSİ

Beynəlxalq əlaqələr şöbəsi haqqında

Beynəlxalq əlaqələr şöbəsi 2007-ci ildə yaradılmışdır. Şöbə Milli Aviasiya Akademiyasının beynəlxalq əlaqələrini genişləndirmək, eyni zamanda dünyanın bir sıra nüfuzlu təhsil müəssisələri ilə əməkdaşlığın səmərəli inkişafını təşkil etməklə onun beynəlxalq təhsil sisteminə inteqrasiyasını həyata keçirir.

Şöbəyə t.e.d., professor Ramiz Əli Cabar oğlu Sadıqov rəhbərlik edir.

Şöbənin əsas vəzifələri:

  • Dünyanın aparıcı ali məktəbləri, elm və tədris mərkəzləri ilə əməkdaşlıq;
  • Aviasiya sahəsi üzrə beynəlxalq tədris mərkəzləri ilə tədris-metodiki, elmi-tədqiqat işləri üzrə qarşılıqlı mübadilələr;
  • Təhsil proqramlarının beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması;
  • Aparıcı təlim-tədris mərkəzlərində professor-müəllim heyətinin və təlimatçıların ixtisaslarının artırılması;
  • Beynəlxalq konfrans, konqres, simpozium və seminarlarda iştirak;
  • Xarici dövlətlərin elmi jurnallarında məqalələrin nəşr edilməsi;
  • Beynəlxalq proqramlarda iştirak və s.
  • Xarici tələbələrin tədris prosesi və sənədlərinin qaydaya salınması (qeydiyyat və s.)  məsələlərinin həll edilməsi;
  • MAA-ya gələn xarici müəllimlərin, inzibati işçilərin və tələbələrin məlumat bazasının yaradılması;

Beynəlxalq Proqramlar çərçivəsində MAA aşağıdakı Qrant layihələrində iştirak etmişdir.

“IEMAST” “Sənaye ekologiyası üzrə müasir magistr təhsil sisteminin yaradılması” (517346-TEMPUS-1-2011-1-SE-TEMPUS-JPCR) layihəsi çərçivəsində MAA-da yeni magistr proqramı işlənib hazırlanmışdır. Proqram çərçivəsində Kral Texniki Universiteti (Stokholm) və Kataloniya Politexnik Universiteti (Barselona) ilə sıx əlaqələr yaradılmışdır. Layihə çərçivəsində Avropa standartlarına uyğun “Sənaye ekologiyası” laboratoriyası qurulmuş, 3 metodiki vəsait çap edilmişdir.

“Enerji səmərəliliyi sahəsində tədrisin inkişaf etdirilməsi üçün təlim şəbəkəsinin  yaradılması” (530379 – TEMPUS – 1-2012-1-LV-TEMPUS-JPCR) Qrant Layihəsində MAA-nın Ümumi və tətbiqi fizika, Uçuş aparatları və aviasiya mühərrikləri, Aerokosmik cihazlar kafedraları kitabların yazılmasında və yeni Avropa standartlarına uyğun laboratoriyanın qurulmasında iştirak etmişdir. Layihə çərçivəsində bir monoqrafiya və bir metodiki vəsait çap edilmişdir.

Tempus proqramı çərçivəsində “Peşəkar məqsədlər üçün İngilis dili təhsili” (FLEPP) layihəsi MAA-da pilot-dispetçer radiomübadiləsi otaqlarının, dərsliklərin yazılmasını, müəllimlərin təcrübə keçməsini və İngiltərə aviasiya universitetləri ilə məsafədən tədris kurslarının təşkil edilməsini nəzərdə tutmuşdur. Layihə müddətində 2 metodiki vəsait çap olunmuşdur.

Tempus proqramı çərçivəsində qazanılmış  SESREMO layihəsi (“Ekosistemin monitorinqi üçün aerokosmik əsaslarla məsafədən zondlama sahəsində təhsilin təkmilləşdirilməsi”) üzrə MAA-da yeni magistr proqramı işlənib hazırlanmışdır. Proqram çərçivəsində Tventi Universiteti (Hollandiya) və Berlin Texniki Universiteti (Almaniya) ilə sıx əməkdaşlıq əlaqələri yaradılmışdır. Həmçinin layihənin nəticəsi olaraq yeni laboratoriya qurulmuş, 3 metodiki vəsait və 1 atlas nəşr edilmişdir.

DAAD proqramı çərçivəsində qazanılmış “Study visit” layihəsinə əsasən MAA-da Uçuş mühəndisliyi ixtisası üzrə təhsil alan 10 tələbə Almaniyanın 13 Texniki Universitetində və Aviasiya üzrə elmi-texniki mərkəzlərində təhsil sistemi ilə yaxından tanış olmuş və praktiki məşğələlər keçmişdir.

Eyni zamanda, DAAD proqramı çərçivəsində MAA-nın professor-müəllim heyətinin, doktorantlarının fərdi layihələrdə iştirakı da təmin edilmişdir.

MAA-da Rusiya Federasiyası, Belarusiya, Türkiyə və Gürcüstan Respublikalarından olan əcnəbi tələbələr də təhsil alır.

Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları

  • Hüseynova Şəbnəm – beynəlxalq əlaqələr üzrə mütəxəssis
  • Günel Əzizova – tərcüməçi
  • Elmar Hüseynov – tərcüməçi

Əlaqə

(+994 12) 525 98 08 (23-91)

rsadigov@naa.edu.az (Ramiz Sadiqov)

shhuseynova@naa.edu.az (Şəbnəm Hüseynova)

gazizova@naa.edu.az (Günel Əzizova)

elmar.huseynov@naa.edu.az (Elmar Hüseynov)