IATA İNSTİTUTU

“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində IATA İnstitutu

IATA (İnternational Air Transport Association - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) İnstitutunun qısa tarixi

Milli Aviasiya Akademiyasının IATA İnstitutu 2012-ci il 30 may və 2013-cü il 7 oktyabr tarixlərində akkreditasiyadan keçərək, aşağıda göstərilən səlahiyyətləri əldə etmişdir:

  1. Akkreditə olunmuş Təlim Məktəbi (Competence – Based Training and Assessment Center)
  2. Səlahiyyətli Tədris Mərkəzi (Authorized Training Center)

 

Akkreditə olunmuş Təlim Məktəbi (CBTA) – dünya miqyasında IATA-nın təhlükəli yüklər üzrə sertifikatını verən təlim məktəblərinin / müəssisələrinin tanınmış birliyidir. Akkreditə olunmuş təlim məktəbləri müştərilərinə aviasiya sənayesi üçün həyati əhəmiyyət kəsb edən sahələrdə təhlükəli yüklər üzrə keyfiyyətli, razılaşdırılmış və qənaətbəxş təlimlər təklif edir.

Səlahiyyətli Tədris Mərkəzi (АТС) – IATA adından müəyyən istiqamətlər üzrə təlim kursları keçirmək və diplomlar vermək səlahiyyətinə malik müstəqil təhsil müəssisəsidir.

     Akkreditasiya Milli Aviasiya Akademiyasında fəaliyyət göstərən IATA İnstitutunda Azərbaycan, rus və ingilis dillərində kursların keçirilməsinə əsas       verir. Kursların sonunda imtahanlar təşkil olunur və imtahanlardan müvəffəqiyyətlə keçən dinləyicilərə müvafiq Sertifikat verilir. Kurslar IATA-nın         Mərkəzi Ofisi tərəfindən təsdiq edilmiş yüksək ixtisaslı və sertifikatlı təlimatçılar tərəfindən tədris olunur.

IATA Qeydiyyat və imtahan qaydaları

Kursda iştirak etmək və təhsil formasından asılı olmayaraq (qrup və ya fərdi şəkildə) IATA dinləyicisi kimi qeydiyyatdan keçmək üçün səlahiyyətli IATA institutu ilə müqavilə bağlamaq və kursun ödənişini etmək lazımdır.

Azərbaycanda IATA imtahanları ildə dörd dəfə keçirilir və müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş şəxslər imtahana buraxılır.

IATA Tədris Proqramı / Kurikulumu

Tədris materialları tələbələrə ingilis dilində verilir, lakin materialı daha yaxşı mənimsəmək və imtahandan uğurla keçmək üçün dinləyicilərin istəkləri nəzərə alınmaqla kurslar Azərbaycan, rus və ya ingilis dillərində keçirilə bilər. Lakin buraxılış imtahanı yalnız ingilis (!) dilində aparılır. Tədris materialları ya müstəqil, ya da müəllimin rəhbərliyi altında mənimsənilir. Kurslar Milli Aviasiya Akademiyasında əvvəlcədən müəyyən edilmiş cədvəl üzrə tədris olunur və sonda imtahan təşkil olunur. İmtahandan uğurla keçən dinləyicilər beynəlxalq IATA sertifikatı alırlar.

      Fəaliyyət göstərdiyi müddət ərzində IATA İnstitutunda 2300-dən çox mütəxəssis hazırlanıb və sertifikatlar alınıb.

     IATA kurslarını keçən mütəxəssislər gələcək fəaliyyətlərində ixtisaslı kadrlar üçün zəruri olan bilik və bacarıqları əldə edirlər.

IATA İnstitutunun infrastrukturu yüksək səviyyədə təchiz olunub. Burada ixtisaslaşdırılmış sinif otaqları, brifinqlər və praktiki məşğələlər üçün otaqlar, həmçinin istirahət və kofe-breyk otaqları vardır.

Təhsil haqqına daxildir:

  • Təlim kursu
  • İATA-nın rəsmi qeydiyyatından keçmə prosesi
  • Dinləyicilərin İngilis dilində materiallarla təmin olunması
  • İmtahanlar (iki cəhd)

IATA İnstitutunda tədris olunan kurslar

  1. Akkreditə olunmuş Təlim Məktəbi (Competence-Based Training and Assessment Center):
  • 1-ci Kat. Yükgöndərənlər və yükgöndərənlərin məsuliyyətini öz üzərinə götürən şəxslər, o cümlədən aviamüəssisənin yükgöndərəni kimi fəaliyyət göstərən, COMAT (Təyyarənin Ehtiyat Hissələri) kimi təhlükəli yükləri hazırlayan işçi heyət;
  • 3-cü Kat. Təhlükəli yüklərin emalı ilə məşğul olan nəqliyyat ekspedisiya şirkətinin əməkdaşları;
  • 6-ci Kat. Aviamüəssisənin və yüklərin yerüstü emalı üzrə xidmət agentlərinin təhlükəli yükləri qəbul edən işçi heyət;
  • 7-ci Kat. Aviamüəssisənin və yerüstü xidmət agentliklərinin yükləri və ya poçtu (təhlükəli yüklərdən başqa) qəbul edən işçi heyət;
  • 8-ci Kat. Aviamüəssisənin və yerüstü xidmət agentliklərinin yüklərin, poçtun və baqajın emalına, saxlanmasına və yüklənməsinə cavabdeh olan işçi heyət;
  • 9-cü Kat. Sərnişinlərə xidmət göstərən işçi heyət;
  • 10-cü Kat. Uçuş heyəti üzvləri, yükləmənin planlaşdırılması üzrə mütəxəssislər, bortoperatorlar və uçuş əməliyyatları üzrə dispetçerlər;
  • 11-ci Kat. Hava gəmisinin heyət üzvləri (uçuş heyəti üzvləri istisna olmaqla);
  • 12-ci Kat. Sərnişinlərə, onların baqaj və yükünə, poçta, bort ehtiyatlarına baxış keçirən təhlükəsizlik əməkdaşları, təhlükəsizlik müşahidəçiləri, supervayzerlər.
  1. Səlahiyyətli Tədris Mərkəzi (Authorized Training Center):
  • Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması
  • Aviasiya Təhlükəsizliyinin Əsasları
  • Beynəxlalq Yük Daşımaları
  • Təchizat Zənciri və Nəqliyyat Növləri
  • Canlı Heyvanların Daşınması
  • Hava Yükdaşımalarının Marketinqi
  • Kabina Heyətinin Təlimi
  • Yerüstü Sərnişin Xidməti

Milli Aviasiya Akademiyası nəzdində IATA İnstitutunun əməkdaşları:

  • Adil QASIMOV (İcraçı direktor)
  • Dürdanə İSMAYILOVA (Beynəlxalq əlaqələr üzrə mütəxəssis)
  • Nurad AĞAYEV (Sertifkasiya üzrə menecer)

IATA İnstitutunun daimi təlimatçıları:

  • Adil QASIMOV – Hava yükdaşımaları üzrə sertifikatlı təlimatçı
  • Dürdanə İSMAYILOVA – Təhlükəli yüklər üzrə təlimatçı
  • Polad İSMAYLOV – Təhlükəli yüklər üzrə təlimatçı
  • Fidel PAŞAYEV – Təhlükəli yüklərin daşınması üzrə təlimatçı
  • Mübariz ƏLİYEV – Aviasiya təhlükəsizliyi üzrə təlimatçı
  • Hüseyn ƏHMƏDOV – Aviasiya təhlükəsizliyi üzrə təlimatçı
  • Şölə NURİYEVA – Aviasiya təhlükəsizliyi üzrə təlimatçı

 

Milli Aviasiya Akademiyası nəzdində IATA İnstitutunun beynəlxalq ekspertlər və IATA təlimatçıları ilə də müqavilələri vardır.

Formalar

Əlaqə

“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyası

Mərdəkan prospekti 30, AZ1045, Bakı / Azərbaycan

Ofis: +994 (12) 497-2874, +994 (12) 556-5071, +994 (12) 525-9808 (Daxili: 29-68)

Mob.: +994 (99) 950-0050, +994 (50) 610-0540

E-mail: info@iata.naa.edu.az, adil.gasimov@iata.naa.edu.az