İNFORMASİYA TEXNOLOGİYALARI MƏRKƏZİ

İT Mərkəzi haqqında

Milli Aviasiya Akademiyasının «İnformasiya Texnologiyaları Mərkəzi»  2020-ci ildə «Hesablama Mərkəzi» əsasında təsis olunmuşdur.

İT Mərkəzinin əsas vəzifəsi tədris prosesinə, MAA-nın inzibati və təsərrüfat fəaliyyətinə müasir informasiya texnologiyalarını tətbiq etməkdən ibarətdir.

Fakültələrin, kafedraların və MAA-nın infrastrukturuna daxil olan bütün mərkəz və  idarələrin lazımi internet resursları ilə təmin edilməsi, informasiya ehtiyatlarının təhlükəsizliyinin təmin edilməsi və təyinatı üzrə istifadəsinə nəzarət də İT mərkəzin əsas vəzifələrinə aid edilir.

Lokal kompüter şəbəkəsinin və şəbəkə avadanlığının texniki dəstəyi, MAA-nın rəsmi veb saytının daim yenilənməsi və müasir tələblərə cavab verməsi, həmçinin tələbələr üçün kompüterləşdirilmiş semestr test imtahanlarının təşkili və aparılması da İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən həyata keçirilir.


İT Mərkəzinin əməkdaşları:

  • İnara  Heydərova – Direktor
  • İslam Babayev – Mühəndis-proqramlaşdırıcı
  • Tural Sadıqov – Mühəndis-proqramlaşdırıcı
  • Tural Əhmədov – Mühəndis-proqramlaşdırıcı
  • Xaqani Abdullayev – Mühəndis-proqramlaşdırıcı
  • Hüseyn Nəcəfli – Mühəndis-proqramlaşdırıcı
  • Rüstəm Hacıyev – Mühəndis-proqramlaşdırıcı
  • Rüfət Qədirov – İnformasiya üzrə mühəndis
  • Şəmistan Mikayılzadə – Mühəndis-elektronçu
  • Elnur Dadaşov – Mühəndis-elektronçu
  • Anar Novruzov – Mühəndis
  • Anar Abdullayev – Mühəndis

Əlaqə

(+994 12) 525 98 08 (98-15)

Foto Qalereya