ELMİ-İSTEHSALAT BİRLİYİ

Konstruktor Bürosu

Konstruktor Bürosuna (KB) texnika elmləri doktoru, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyalarının akademiki, Dövlət mükafatı laureatı Telman İnayət oğlu Nizamov rəhbərlik edir.

KB innovasiya texnologiyaları əsaslı yeni nəsil elmi-praktiki cihazqayırmanın aidiyyəti istiqamətləri:

  • “AZAL” QSC-nin limanlarında yerüstü xidmət və ekoloji şəraitin təmini üsulları, texnologiyala­rı və texniki avadanlıqların təkmilləşdirilməsi əsasında İCAO-nun  tələblərinə uyğun yeni modifikasiya­larının işlənməsi və tətbiqi;
  • Kənd təsərrüfatında  səmərəliliyin artırılmasında və genofondun saxlanılmasında ozonlaş­dırıl­­ma əsaslı texnologiyaların yaradılması və tətbiqi;
  • Neft-qazçıxarma və nəqlində hidrata və parafinə qarşı avtomatik idarəolunan təyinat­lı elektrikqızdırıcı qurğuların yaradılması və tətbiqi;
  • Heydər Əliyev aeroportunda yerüstü xidməti arsenalının intensiv aşılanmasının qarşısını almaq məqsədilə poliefiruretan əsaslı kompozit qoruyucu örtüklərin yaradılması və tətbiqi;

 

Respublikamızda ilk dəfə  işlənib yaradılan xüsusi əhəmyyətli ozon­laş­dırma tex­­nologiyası və aidiyyəti  qurğuların pilot nümunələri  aviasiyada, tibbdə, kənd təsərrüfatın­da və s. sahələrdə tətbiq edilir.

KB 2004-cü ildə təşkil olunmuşdur və tərkibinə Konstruktor şöbəsi, və  Biofiziki cihazlar şöbəsi daxildir.

Rəhbər

Telman Nizamov 1962-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) mühəndis elektromexanik  ixtisası üzrə bitirmişdir.

O, milli və beynəlxalq elmi jurnallarda dərc edilən 170-dən çox  elmi işin, o cümlədən 65-ə yaxın milli və beynəlxalq patentlərin və 1 dərsliyin müəllifi və ya həmmüəllifidir. “SSRİ ixtira­çısı” adına layiq görülmüşdür.

Telman Nizamov “AZAL” QSC və MAA-nın alim və mütəxəssislərinin ixtira və tətbiq etdikləri yeni texnika və texnologiyaları müsabiqəsinin qalibi olmuş, ixtiraçılıq sahəsində respublika müsabiqələrində 2015-ci ildə  ikinci, 2016, 2017-ci illərdə birinci yerə layiq görülmüşdür.

Telman Nizamov Azərbaycan Mühəndislik Akademiyasının “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif edilib və Azərbaycan SSR Dövlət mükafatı laureatıdır.