KONSTRUKTOR BÜROSU

Biofiziki cihazlar şöbəsi

Biofiziki cihazlar şöbəsi 2007-ci ildə yaradılmışdır, rəisi İsayev Ənvər İsa oğludur. O, 1979-cu ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) sənaye elektronikası ixtisası üzrə bitirib.

İsayev Ə. milli və beynəlxalq elmi jurnallarda dərc edilən 90-dan çox  elmi işin, o cümlədən 40-a yaxın milli və beynəlxalq və patentlərin və 1 dərsliyin müəllifi və həmmüəllifidir. “AZAL”  QSC və MAA-nın alim və mütəxəssislərinin ixtira və tətbiq etdikləri yeni texnika və texnologiyaları müsabiqəsinin qalibi olub. İxtiraçılıq sahəsində respublika müsabiqələrində 2015-ci ildə  ikinci, 2016, 2017-ci illərdə birinci yerə layiq görülüb. Şöbədə aşağıdakı orijinallığı milli və beynəlxalq patentlərlə təsdiqlənən texnologiya, qurğular yaradılır və aidiyyəti üzrə tətbiq edilir:

  • aviasiyada ozonlaşdırma əsasında bakterioloji təhlükəsizliyin və yerüstü xidmətin ekoloji təmini;(WO 2005/122669 29.12.2005. Method for disinfecting aircraft cabins and device for carrying out said method; WO 2008/104036 “Crew preflight instruction method”; WO/2018/137003;AR İ2007 0038; AR İ  2007 0131; AR İ 2016 0126; AR İ 2019 0051 sertifikat AZ031.01.02.03725.10);
  • canlıların (heyvanların) psixofizioloji vəziyyətinin ozonlaşdırma əsasında korreksiyası və molekulyar-hüceyrə səviyyəsində tədqiqi (AR İ2005 0008;  AR İ2005 0155; sertifikat  AZ.S.31.999.Ü.№000182);
  • ozonlaşdırma əsasında kənd təsərrüfatı məhsullarının ekoloji saxlanması, toxumların xəstəliyə davamlılığının artırılması, stimullaşdırılması və məhsuldarlığın artırılması (WO/2019/204885; AR İ 2011 0025, AR İ 2016 0125, AR İ 2017 0044, AR İ 2018 0023, AR İ 2021 0024);
  • neft-qazçıxarmada, saxlanılma və nəqlində parafin, hidrat, rütubət və s. ilə mübarizədə (RU №2183254; RU № 2181530; AR İ2003 0163; AR İ2003 0165; AR İ2006 0089; AR İ 2014 0094; AR İ 2016 0006; sertifikat AZ031.01.02.01883.11);
  • yüksək saflığa və elektrik müqavimətinə malik, yarımnüfuzetmə qabiliyyətli, kompozit membran əsasında su emalı qurğu (AR İ 2009 0155);
  • Yaşıl çay yarpaqlarının  fermentasiya üsulu və qurğusu (AR İ 2016 0005; AR İ 2016 0007; WO 2014/117228; GE P 2017 6646 B; E.2017-OE-370035; Sri-Lanka Patent application No 18298. 2015);
  • süfrə üçün yaşıl və yetişmiş zeytunun elektrik enerjisi ilə ekoloji təmiz emalı üsulu (RU № 21461418; AR İ2003 0164; AR İ2003 0166; AR İ2004 0122; AR İ2006 0088);

  • Abşeron yarımadasının iqlim şəraitinin xüsusiyyətlərini nəzərə alınaraq Heydər Əliyev aeroportunda yerüstü xidməti arsenalının intensiv aşılanmasının qarşısını almaq məqsədilə poliefiruretan əsaslı kompozit lak (AR İ 2006; sertifikat АZ031 01.02.03290.04).

Respublikamızda ilk dəfə  işlənib yaradılan xüsusi əhəmyyətli ozon­laş­dırma tex­­nologiyası və aidiyyəti  qurğuların pilot nümunələri  aviasiyada, tibbdə, kənd təsərrüfatın­da və s. sahələrdə istifadə edilir.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının uçuşların təhlükəsizliyinin təmin olunması, beynəlxalq aviadaşımalarda yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə qeyri-kimyəvi üsulların işlənməsi, pilotların psixofizioloji vəziyyətinin yaxşılaşdırılması, keyfiyyətli hava və bort suyu haqqında  qərarlarını nəzərə alaraq,  dünyada ilk dəfə təyyarə salonlarının ozonlaşdırma əsasında işlənmiş orijinal üsul ilə dezinfeksiya olunması və uçuşdan qabaq uçuş heyətinin immun sisteminin möhkəmləndirilməsində ekoloji mikroiqlim şəraitində qısamüddətli istirahətinin təmin edilməsi üsulları işlənmişdir. Ozonlaşdırmadan istifadə olunmasının orijinallığını Beynəlxalq Mülki Aviasiya Təşkilatı bəyənmiş (cənab Cahangir Əsgərova, akademik Arif Paşayevə ünvanlanmış məktub Ref.: AN 3/8 JUL 26 2006) və İKAO-nun tövsiyəsi ilə bu üsulun aviasiyada genişmiqyaslı tətbiqi məqsədilə Beynəlxalq Səhiyyə Təşkilatı ilə birgə işlər davam etdirilir. MAA-nın İstehsalat bazası ilə birgə hazırlanmış 40 ədəd səyyar ozon qurğuları AZAL QSC-nin “Azəraeronaviqasiya” müəssisəsinin uçuşu idarəetmə mərkəzinin dispetçer otaqlarında və Qraund Həndlinq Kompani MMC-nin iş otaqlarında təyinatı üzrə sağlam mikroiqlim şəraitinin yaradılmasında istifadə olunur.

Uçuş heyətinin iş şəraitinin xüsusiyyətləri və  uçuş zamanı gözlənilən ekstremal şəraitlə əlaqədar yaranan yorğunluğun, psixoloji həyəcanlanmanın  fizioloji səbəblərini dəf etməklə, orqanizmin reabilitasiyası və sağlamlığın bərpası  məqsədilə, immun sisteminin aktivləşdirilməsi əsasında işlənmiş üsulun fizioloji təsirinin müsbət nəticələri yaradılmış ekoloji imitasiya kamerasında Azərbaycan Səhiyyə Nazirliyinin Tibb Universiteti ilə birgə əməkdaşlıq müqaviləsi əsasında hüceyrə-molekulyar səviyyədə yoxlanılmışdır.

Respublikada ilk dəfə  ozonlaşdırma texnologiyasının və aidiyyəti qurğuların pilot nümunələrinin AMEA Gene­tik Ehtiyatlar İnstitutu Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi Tədqiqat İnstitutu ilə birgə kənd təsərrüfatı istehsalında istifadəsi 2009-cu ildən müsbət nəticələr vermişdir. Nazirlər Kabinetinin dəstəyi ilə  Kənd Təsərrüfatı, Sənaye və İqtisadiyyat Nazirliklərinin nümayəndələrinin, iri taxılçılq və toxumçuluq təsərrüfatlarının rəhbərlərinin iştirakı ilə keçirilən silsilə tədbirlərdə Respublikada genişmiqyaslı tətbiqi tövsiyə olunmuşdur. Bununla əlaqədar müxtəlif bölgələrdə, o cümlədən  Oğuz, Tərtər, Gəncə, Şəki, Beylaqan, Kürdəmir, İvanovka, Salyan, Zərdab,  Qobustan, Abşeron, Lənkəranda və s. hər il orta hesabla  buğda 15 %-dən çox,  qarğıdalı bir ildə iki məhsul götürməklə dən 30%, biokütlə 50%, ixrac yönümlü tütün   20% (nikotin 29% yüksəlmişdir),  arpa 15%, pambıq 14% (yığım sentyabrda yekunlaşmış və  80% birinci sort kimi qəbul edilmişdir), şəkər çuğunduru üzrə isə 14% (şəkərlilik 6% yüksəlmişdir) məhsul artımına nail olunmuşdur. 2016 və 2017-ci illərdə bölgələrdən buğda nümunələri normativlər üzrə İstehlak Mallarının Ekspertizası, Gigiyena və Epidemiologiya Mərkəzlərində yoxlanaraq çörəkbişirmə və qənnadı məqsədləri üçün yararlılığı təsdiqlənmiş və Texniki şərtləri Dövlət Reyestirində qeydiyyata götürül­ərək «Uyğunluq sertifikatı» verilmişdir.           

Dünyada ilk dəfə Respublikanın Milli genbankında bitki genetik ehtiyatlarının toxum nümunələrinin  saxlanılması məqsədilə işlənmiş ozonlaşdırma texnologiyası zəhərli (kimyəvi fumiqant) vasitələrin yaratdığı fəsadları aradan qaldırmaqla  toxumların sükunət halında uzunmüddətli qalmasını təmin etmişdir.

Çay yarpaqları ənənəvi müəyyən rütubət və temperatur şəraitində 2-3 saat müddətində fermentləşməsidir. Dünyada ilk dəfə yaşıl çay yarpaqlarının ozonlaşdırma ilə fermentasiya üsulu işlənil­mişdir. 2013-cü ildən Azər­sun şirkətinin çay fabriklərində “Azərçay”ın istehsalında tətbiqi təsdiqlənmişdir ki,  ənənəvi üsulla müqayisədə fermentasiya müddəti 3 dəfəyə qədər qısalır ekstraktiv maddələr 20%-ə qədər artır.

Ozonote­rapi­ya­ 2014-cü ildən Silahlı Qüvvələrin Mərkəzi Kliniki Hospitalının (MKH) septik cərrahiyyə bölməsində  istifadə olunur. Belə ki,  MKH-ın  sifarişi ilə orqanizmin və ətraf mühitin təhlükəsizliyi tələbləri əsasında təmiz ozon-oksigen qa­rı­­şı­ğının uyğun istifadəsini təmin edən  ikibaryerli, kompozit dielektrik izolyasiyalı tibbi  ozonator qurğusu işlənib  yaradılmış  və   MKH Septik cərrahiyyə böl­­mə­sinə təqdim edilmişdir. Müalicə və tədqiqatlarla möv­­cud təcrübə məlumatları əsasında metodikalar  işlən­miş, real xəstələ­rin bərpa dinamikasına  görə  şəraitə uyğun dozalar  seçilmiş və dəqiqləşdiril­mişdir. Ozonoterapiyanın istifadəsi ilə  yara nahiyəsində quruma, toxumaların canlan­ması, epi­te­­lizasiya və qranulizasiyanın sürətlənməsi və xəstələrin  tam sağalması müddətinin qısalması təsdiqlənmişdir.

Ozonlaşdırma texnologiyası və qurğuların pilot nümunələri Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müalicə müəssisələrində otaqların dezin­feksiyası və sağlam hava mühtinin təmin olunması məqsədilə istifadə olunur.

Keyfiyyətli bort suyunun təmin edilmə haqqında İCAO-nun  müvafiq qərarına uyğun, şəbəkə suyundan istifadə etməklə yüksək saflığa və elektrik müqavimətinə malik su emal etmək üçün, yarımnüfuzetməqabiliyyətli, kompozit membran əsasında, enerjiyə qənaətedici cihaz işlənmiş və yaradılmışdır. Bu cihaz həmçinin energetikada, radiotexnikada, mikroelektronikada, kimya sənayesində, tibdə məhlulların hazırlanması və s. məqsədlərlə istifadə edilə bilər.

AZAL QSC-nin təyyarə parkının müasir hava gəmiləri ilə genişləndirilməsini nəzərə alıb, İCAO-nun  uyğun tövsiyələri əsasında təyyarələrin və təyinatlı yerüstü xidməti arsenalın respublikanın iqlim şəraitinin xüsusiyyətlərini nəzərə almaqla intensiv aşılanmasının qarşısını almaq məqsədilə korroziyaya,  rütubətə davamlı, mexaniki bərkliyə, yüksək adgeziyaya və elek­trik müqavimətinə malik, effektli poliuretan əsaslı lak kompozitin alınması üsulları işlənmiş və onun Heydər Əliyev aeroportunda istifadə olunması məqsədilə tədqiqat işləri davam etdirilir.

Neft-qazçıxarmanın qazlift prosesində qazın təzyiqinə, sərfinə, temperaturuna nəzarət və idarəolunma sisteminin işlənməsi və sınaq nümunəsinin hazırlanması layihəsi üzrə səmərəli debitin təmin olunmasının modeli və proqram təminatı yaradılmışdır.

Mühüm elmi nəticələr AMEA-da 2014-cü ildən qeydiyyata götürülüb.

Respublika tədbirləri, o cümlədən Bakı Biznes Mərkəzi və KTN Aqrar Elm Mərkəzində müşavirə, Park Bulvarda Əqli Mülkiyyət Agentliyinin konfrans və startap sərgisi, ƏETİ-nin BTS-lərində, Regional Aqrar Elm Mərkəzlərində  tarla seminarları keçirilib;

Yaradılan texnologiya və qurğular beynəlxalq tədbirlərdə, o cümlədən Ümumdünya Əqli Mülkiyyət  Təşki­latının Heydər Əliyev Mərkəzində və İsveçrənin Cenevrə şəhərində keçir­diyi konfrans və startap sərgisində təqdim olunub.

Aşağıda Konstruktor Bürosunda işlənib yaradılan cihazların nümunələrinin və onların təqdimatının şəkilləri verilmişdir.

Əlaqə

(+994 12) 525 98 08