Erasmus + Proyekt
Milli Aviasiya Akademiyası 2020-2023-cü illərdə icrası nəzərdə tutulan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar” (New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems – GEOCLIC) beynəlxalq layihəsində iştirak edir. Layihə Qazaxıstanın Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin koordinatorluğu ilə həyata keçirilir. GEOCLIC layihəsinin məqsədi yeni geoməkan texnologiyalarından istifadə etməklə sahil ekosistemlərinin monitorinqi və ətraf mühitin mühafizəsi sahəsində tədrisi müasirləşdirməkdən ibarətdir.
Layihə haqqında ətraflı məlumat https://geoclic.org/index.html təqdim olunur.
GEOCLIC
New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems
Layihə haqqında ətraflı məlumat layihənin rəsmi saytında və tərəfdaşlar bölməsində təqdim olunur.
2021 ci il oktyabr ayının 15-də Milli Aviasiya Akademiyasında Erasmus + GEOCLİC Layihəsinin monitorinqi keçirilmişdir.