Qiyabi fakültə
Milli Aviasiya Akademiyasının «Qiyabi» fakültəsi 1996-cı ildə yaradılmışdır.
Fakültə dekanı vəzifəsini MAA-nın Rektorunun köməkçisi, i.ü.f.d., dosent Gülnarə Telman qızı Əhmədova icra edir.
Qiyabi fakültənin təsis olunmasında əsas məqsəd – nəqliyyat sektorunda, sənaye və iqtisadiyyatın müxtəlif sahələrində çalışan insanlara əmək fəaliyyəti ilə yanaşı qiyabi ali təhsil almaq imkanlarını yaratmaq, «Azərbaycan Hava Yolları» QSC-nin, «Silk Way Holding» MMC-nin, digər mülki və dövlət aviasiyası subyektlərinin sifarişləri əsasında zəruri hesab olunan ixtisaslar üzrə peşəkar kadrların hazırlığını həyata keçirmək, eləcə də mütəxəssislərin istehsalatdan ayrılmadan əlavə ali təhsilini təmin etməkdir.
MAA-nın Qiyabi fakültəsində əsasən mülki və dövlət aviasiyası sahələri üçün müasir uçuş aparatlarının texniki istismarı üzrə mexanik və avionik mühəndislərinin, hava nəqliyyatının hərəkətini idarə edən dispetçerlərin, uçuşların aeronaviqasiya və meteoroloji təminatı üzrə mütəxəssislərin, eləcə də aerokosmik texnika, reaktiv mühərriklər, pilotaj-naviqasiya kompleksləri, idarəetmə sistemləri üzrə mühəndislərin hazırlığı həyata keçirilir. Bunlarla yanaşı Qiyabi fakültədə mülki və dövlət aviasiyası subyektlərinin, nazirlik və dövlət qurumlarının sifarişləri, eləcə də müxtəlif sahələrdə çalışan insanların müraciətləri əsasında digər ixtisaslar üzrə də əlavə ali təhsil qrupları təsis olunur.
Qiyabi fakültədə hazırlığı aparılan ixtisaslar:
2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarla təsdiq edilmiş təsnifata əsasən
- 050614 – Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi
- 060615 – Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi
- 060613 – Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi
Qiyabi fakültədə hazırlığı nəzərdə tutulan ixtisaslar:
2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarla təsdiq edilmiş təsnifata əsasən
Qiyabi fakültədə tədris prosesini MAA-nın digər fakültələrinin aidiyyəti ixtisas və ümumi akademik kafedraları təmin edir.
Tədris Azərbaycan və rus dillərində aparılır. Normativ təhsil müddəti 5 ildi