Nəqliyyat texnologiyaları fakültəsi
Milli Aviasiya Akademiyasının «Nəqliyyat texnologiyaları» fakültəsi 2014-cü ildə «Avianəqliyyat istehsalatı» fakültəsinin əsasında təsis olunmuşdur.
«Nəqliyyat texnologiyaları» fakültəsinin dekanı vəzifəsini h.f.d., dosent Nazim Teymur oğlu Nağıyev icra edir.
Fakültənin missiyası – nəqliyyatda daşımaların və idarəetmənin təşkili, texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi, logistik zəncirlərin və nəqliyyat dəhlizlərinin idarə olunması, o cümlədən mülki aviasiya sistemində avianəqliyyat istehsalatının və aviasiya təhlükəsizliyinin təmini, aviadaşımaların (sərnişinlərin və yüklərin) tənzimlənməsi, aeroportların və terminalların layihələndirilməsi, avtomatlaşdırılmış bronlaşdırma sistemlərinin istismarı, qəza-xilasetmə və axtarış işlərinin yerinə yetirilməsi və bu kimi digər istiqamətlər üzrə mütəxəssislərin hazırlığından ibarətdir.
Fakültənin məzunları nəqliyyat sektoru və mülki aviasiya sistemi ilə yanaşı ölkə iqtisadiyyatının və sənayenin müxtəlif sahələrində, bir sıra nazirlik və dövlət qurumlarında, banklarda, kommersiya təşkilatlarında uğurla çalışırlar. Fakültənin məzunları eyni zamanda MAA-nın, ölkəmizin, eləcə də xarici dövlətlərin universitetlərinin magistratura və doktorantura pillələrində təhsillərini davam etdirir, daxili və xarici aviaşirkət və nümayəndəliklərdə müvəffəqiyyətlə fəaliyyət göstərirlər.
Fakültədə 6 ixtisas üzrə bakalavr və 3 ixtisas üzrə magistr hazırlığı həyata keçirilir. Tədris Azərbaycan və rus dillərində aparılır. Bakalavriat ixtisasları üçün normativ təhsil müddəti 4 il, magistratura ixtisasları üçün 2 ildir.
«Nəqliyyat texnologiyaları» fakültəsinin bakalavriat pilləsi üzrə ixtisasları:
2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarla təsdiq edilmiş təsnifata əsasən
- 050621 – Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
- 050806 – Nəqliyyatda servis (nəqliyyat növləri üzrə)
- 050603 – Aviasiya təhlükəsizliyi mühəndisliyi
2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarla təsdiq edilmiş təsnifata əsasən
- 050613 – Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi
- 050623 – Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi
- 050617 – Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi
«Nəqliyyat texnologiyaları» fakültəsinin magistratura pilləsi üzrə ixtisasları:
- 060623 – Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi
- 060617 – Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi
«Nəqliyyat texnologiyaları» fakültəsinə aşağıdakı kafedralar daxildir:
- Avianəqliyyat istehsalatı kafedrası
Kafedra müdiri: «Azərbaycan Hava Yolları» QSC-nin prezidenti, t.e.n., dosent Cahangir Calal oğlu Əsgərov.
- Aviasiya təhlükəsizliyi kafedrası
Kafedra müdiri: h.f.d., dosent Nazim Teymur oğlu Nağıyev.
- Nəqliyyat mexanikası kafedrası
Kafedra müdiri: t.e.d., professor Əhəd Xanəhməd oğlu Canəhmədov.
- Kimya və materialşünaslıq kafedrası
Kafedra müdiri: k.e.n., dosent Sevda Xurşud qızı Məmmədova.
«Nəqliyyat texnologiyaları» fakültəsinin ümumi akademik olan «Nəqliyyat mexanikası» və «Kimya və materialşünaslıq» kafedraları MAA-nın ixtisas qruplarının tələbələrinə mühəndis və maşın qrafikası, nəzəri və tətbiqi mexanika, materiallar mexanikası, maşınlar nəzəriyyəsi, maşın hissələri, eləcə də kimya, aerokosmik materiallar və texnologiyalar, CAD-CAE-CAM texnologiyaları və digər fənlər üzrə mühəndis biliklərini verirlər.
Milli Aviasiya Akademiyasının «Nəqliyyat texnologiyaları» fakültəsində hazırlığı aparılan və yeni təsis olunan ixtisasların kafedralar üzrə bölgüsü
№ | Kafedralar | İxtisaslar | ||
---|---|---|---|---|
Bakalavriat səviyyəsinin ixtisasları | Magistratura səviyyəsinin ixtisasları | |||
Hazırlığı davam etdirilən ixtisaslar (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarı ilə təsdiq edilmiş təsnifata əsasən) | Yeni ixtisaslar (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş təsnifata əsasən) | |||
1 | Avianəqliyyat istehsalatı | 050613 - Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi |
050621 - Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi |
060623 - Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi (İxtisaslaşma: Nəqliyyat logistikası) |
050623 - Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi |
050806 - Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) |
|||
2 | Aviasiya təhlükəsizliyi | 050617 - Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi |
050603 - Aviasiya təhlükəsizliyi mühəndisliyi |
060617 - Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi (İxtisaslaşmalar: 1.Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi. 2. Aviasiya təhlükəsizliyi) |
3 | Nəqliyyat mexanikası | – | – | – |
4 | Kimya və materialşünaslıq | – | – | – |
Əlaqə
(+994 12) 525 98 08 (24-95)
nnaghiyev@naa.edu.az (Nazim Nağıyev)
mnasirova@naa.edu.az (Məhluqə Nəsirova)
avaliyeva@naa.edu.az (Aygün Vəliyeva)