KİTABXANA

Kitabxana haqqında

Akademiyanın kitabxanasının fondu elmi-texniki, tədris-metodiki və sorğu ədəbiyyatları ilə komplektləşdirilmişdir.

Hazırda kitabxananın fondunda Azərbaycan, rus, ingilis dillərində 80000 – dən çox kitab oxucuların istifadəsindədir.  

Kitabxana tərəfindən dünyanın bir çox universitetlərinin kitabxanaları, respublikada fəaliyyət göstərən təhsil müəssisələrinin, dövlət qurumlarının tabeliyindəki kitabxanalar və ictimai təşkilatlarla əməkdaşlıq əlaqələri quraraq məlumat və informasiya mübadiləsi həyata keçirilməkdədir. 2014-cü ildən N. E. Bauman  adına  Moskva  Dövlət Texniki Universitetinin kitabxanasından 668 adda 2248 ədəd kitab alınmışdır.

Hal-hazırda Milli Aviasiya Akademiyasının kitabxanası Amerika  proqramı olan  Follet  Destiny – Library management system (Kitabxana idarəetmə sistemi)  adlı  elektron proqramla fəaliyyət göstərir. Milli Aviasiya Akademiyasında tətbiq edilən Destiny Library Manager müasir  Kitabxana – İdarəetmə Sisteminə qoyulan tələblərə tam cavab verən inteqrasiya olunmuş kitabxana sistemidir (Integrated Library System).

Kitabların biblioqrafik təsviri dövlət standartına uyğun olaraq aparılır. Universal Onluq Təsnifat, AACR – The Anglo – America Cataloging, Rules, RDA-Resource, Description and Access kimi biblioqrafik təsvir standartları vardır, kitabxana fondumuz Konqres kitabxanasının RDA təsnifatına əsasən təsnifatlaşdırılır. Burada əsas məqsəd axtarış imkanlarını genişləndirməkdən ibarətdir.

Kitabxananın məqsədi MAA-nın profilinə və oxucuların informasiya tələbatına uyğun kitabxana fondunu zənginləşdirmək, rahat və səmərəli şəkildə avtomatlaşdırılmış kitabxana sistemindən istifadəni təmin etməkdir. Bu sistem ənənəvi kitabxana xidmətlərini güclü müasir idarəetmə mexanizmləri ilə inteqrasiya edərək böyük kataloqların avtomatlaşdırılması və idarəetmə imkanlarını genişləndirir. Bununla da kitabxanalar məlumatların aşkar edilməsində və çatdırılmasında yaranan çətinliklərin öhdəsindən asanlıqla gəlirlər. Kitabxananın elektron kataloqu 24/7 saatı oxucuya kitabxananın fondu ilə tanış olmağa, çoxaspektli axtarış vasitələri ilə ədəbiyyat axtarışını aparmağa və tapılmış ədəbiyyatı sifarış etməyə, ədəbiyyatın elektron nüsxəsi olduqda isə onu əldə etməyə imkan verir. Müvəffəqyyətlə quraşdırılmış sistemə aşağıdakı link vasitəsilə keçid edəbilərsiniz. 

Destiny Library Management System (Kitabxana İdarəetmə Sistemi) istifadə qaydası:

  • Sistemə giriş: Access Destiny  https://naa.follettdestiny.com
  • Qeydiyyat: Registration in Destiny
  • İstifadəçi adı və parol: User Name and Password

 

Follett Destiny axtarış üsulları:

  • Catalog Keyword, Title, Author, Subject, Series

 

MAA kitabxanası 10 məlumat bazasından uzaq məsafədən istifadə imkanı təqdim edir.

Qeyd: EBSCOHost platforması haqqında ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz: https://shorturl.at/aefs3

Kitabxananın əməkdaşları:

– Şıxəliyeva Günel  – kitabxana müdiri

– Tanırverdiyeva Fidan – kitabxanaçı

        – Şirinova İlkanə – kitabxanaçı

        – Bayramov Elnur – kitabxanaçı

Əlaqə