Magistratura və doktorantura şöbəsi

Magistratura və doktorantura şöbəsi haqqında

Magistratura və doktorantura şöbəsi (bundan sonra şöbə) MAA-nın struktur bölməsi olub, əsas vəzifəsi magistratura səviyyəsində təhsil proqramları üzrə tədrisin təşkili, doktorantura səviyyəsində isə fəlsəfə doktoru və elmlər doktoru hazırlığı proqramları üzrə elmi-pedaqoji kadrların hazırlığının təşkilidir.

Şöbənin əsas vəzifələri:

  • tədris, elmi yaradıcılıq fəaliyyəti, təlim-tərbiyə ilə bağlı bütün məsələlərdə iştirak etmək;
  • ixtisasların təhsil proqramlarının, tədris planlarının hazırlanmasını və təsdiqini təmin etmək;
  • tədris yüklərini yoxlamaq və kafedralara tapşırıqlar vermək;
  • magistraturaya və doktoranturaya qəbul planlarının layihəsini hazırlamaq;
  • qəbul haqqında elanları hazırlamaq və MAA-nın saytında və facebook səhifəsində yerləşdirilməsini təmin etmək;
  • doktoranturaya qəbul müsabiqəsində zəruri sənədləri hazırlamaq və protokolları tərtib etmək;
  • doktoranturaya qəbul və doktorluq imtahanlarının komissiyalarını formalaşdırmaq, əmrləri hazırlamaq və imtahanların keçirilməsini təşkil etmək, doktorluq imtahanlarının verilməsi haqqında vəsiqələri hazırlamaq;
  • akademik transkriptlərin, müxtəlif formalı arayışların, protokollardan, əmrlərdən çıxarışların yazılmasını təmin etmək;
  • magistrant və doktorantlar haqqında qəbul olunma, bitirmə, xaric olunma, bərpa olunma, təhsil formasını dəyişmə, akademik məzuniyyət verilmə, bir təhsil ilindən digər təhsil ilinə keçmə, təqaüd verilmə, elmi rəhbərlərin təsdiqi haqqında əmrləri hazırlamaq;
  • magistrant, doktorant və dissertantların attestasiyadan keçmələrinə kafedralarla əlaqəli şəkildə nəzarət etmək və attestasiya əmrlərini hazırlamaq;
  • bütün əmrlərin “Tələbə-məzun” dövlət elektron məlumat sistemində qeydiyyatını təmin etmək;
  • magistrant və doktorantların (dissertantların) tədrisi ilə bağlı bütün statistik məlumatları hazırlamaq və aidiyyəti qurumlara təqdim etmək;
  • dərs cədvəllərini, imtahan cədvəllərini hazırlamaq və dərslərin (o cümlədən onlayn) keçirilmə qrafikinə, dərsə davamiyyətə və dərsin keyfiyyətinə, sessiya imtahanlarına nəzarət etmək, akademik borcların ləğvini təşkil etmək;
  • magistrantların elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrinin keçirilməsini təşkil etmək;
  • magistr dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuraların sədrlərini təyin etmək və Təhsil nazirliyinə təsdiq üçün təqdim etmək, ixtisaslaşdırılmış şuraların tərkibini formalaşdırmaq və müvafiq əmr hazırlamaq;
  • magistr dissertasiyalarının normalara uyğun tərtibatına və keyfiyyətinə nəzarət etmək, müdafiə protokollarının düzgün yazılmasına nəzarət etmək;
  • magistrant və doktorantların şəxsi işlərini yazılı və elektron şəkildə hazırlamaq, onlarda müvafiq dəyişiklikləri, o cümlədən təltifləri və intizam tənbehlərini qeyd etmək, onlara xarakteristikalar vermək;
  • cari saxlanma müddətləri başa çatmış sənədlərin arxivə verilməsini təmin etmək;
  • elmi-praktiki konfransların və seminarların keçirilməsində yaxından iştirak etmək;
  • zəruri tədris-metodiki ədəbiyyatı hazırlamaq və çap etdirmək.

Şöbənin əməkdaşları:

  • Araz Qədiməliyev– şöbə rəisi, h.e.d., dosent
  • Natəvan Qocayeva – metodist
  • Əminə Kazımova – metodist

Əlaqə

(+994 12) 525-98-08 (98-59, 23-48);

araz.gadimaliyev@naa.edu.az (Araz Qədiməliyev)

akazimova@naa.edu.az (Əminə Kazımova)

nqocayeva@naa.edu.az (Natəvan Qocayeva)