XƏBƏR VƏ ELANLAR

17.11.2022-ci il tarixində Milli Aviasiya Akademiyasının Tələbə Gənclər Təşkilatına sədr və sədr müavinlərinin seçkisi keçirilmişdir.

Cari ilin noyabr ayının 17-də Milli Aviasiya Akademiyasının Tələbə Gənclər Təşkilatına sədr və sədr müavinlərinin seçkisi baş tutmuşdur. Nəticədə Əliyeva Xədicə Nazim qızı (“İqtisadiyyat və hüquq” fakültəsi, Maliyyə ixtisası, II kurs tələbəsi) Tələbə Gənclər Təşkilatına sədr, Quliyev İmran Anar oğlu (“Hava nəqliyyatı” fakültəsi, “Aerokosmik mühəndislik” ixtisası, III kurs tələbəsi) Tələbələrlə iş üzrə sədr müavini, Şükürov Rauf Ramin oğlu (“İqtisadiyyat və hüquq” fakültəsi, “Hüquqşünaslıq” ixtisası, III kurs tələbəsi)  Fəaliyyətlər üzrə sədr müavini, Musayeva İlknur İlqar qızı (“Fizika-texnologiyalar” fakültəsi, “Cihaz mühəndisliyi” ixtisası, III kurs tələbəsi) İctimaiyyətlə əlaqələr üzrə sədr müavini seçilmişlər.

Foto Galereya

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin