Cari ilin dekabr ayının 11-də Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsindəki çimərlik sahəsində Milli Aviasiya Akademiyasının “Heydər Əliyev və azərbaycançılıq” klubunun, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı Milli Aviasiya Akademiyası ərazi ilk partiya təşkilatının və Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü və “İRƏLİ” İctimai Birliyinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan “təmiz ətraf, təmiz gələcək” adlı aksiyası keçirilmişdir.
Aksiyada sözügedən ərazidə 2 ha artıq sahə təmizlənmiş, tullantılar toplanılmış və atılmışdır.
Foto Galereya