XƏBƏR VƏ ELANLAR

2022-ci ilin Dekabr ayının 25-də qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni-2023-cü il münasibətilə 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində və E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində tədbirlər keçirilmişdir.

Cari ilin dekabr ayının 25-də Milli Aviasiya Akademiyasının “Heydər Əliyev və azərbaycançılıq” klubunun, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı Milli Aviasiya Akademiyası ərazi ilk partiya təşkilatının və Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində və E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində 31 dekabr  Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilin gəlişinə həsr olunmuş tədbirlər keçirilmişdir.

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində sosial xidmətlə təmin edilmiş şəxslərə yeni il süfrəsi açılmış, E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində isə məktəblilərə yeni il hədiyyələri verilmişdir. Hər iki tədbir musiqili-əyləncəli proqramla müşayiət olunmuşdur.

Foto Galereya

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin