XƏBƏR VƏ ELANLAR

2025-ci il mayın 6-da Milli Aviasiya Akademiyasında (MAA) Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycanda nəqliyyatın aktual problemləri” XXVI elmi-texniki tələbə konfransı işinə başladı

Konfrans iştirakçıları öncə MAA-nın yaradıcı tələbələrinin innovativ layihələrinin sərgisi ilə tanış oldular. 

Konfransı giriş sözü ilə açan MAA-nın birinci prorektoru, professor Ədalət Səmədov MAA-nın rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin konfrans iştirakçılarına təbrikini çatdırdı.

Ardınca Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov “Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” mövzusunda geniş məruzə ilə çıxış etdi.

Plenar iclasda daha 3 məruzə dinlənildi.

Elmi-texniki tələbə konfransına 8 bölmə üzrə ümumilikdə 208 məruzə təqdim olunub. Konfrans işini mayın 7-də bölmələrdə davam etdirəcək.

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin