Tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində həyata keçirilib. Simulyasiya Azərbaycan Respublikasının Ali Məhkəməsi, Məhkəmə-Hüquq Şurası və Vəkillər Kollegiyasının tərəfdaşlığı ilə “Femida Könüllüləri” Təşkilatı tərəfindən təşkil olunub.
Milli Aviasiya Akademiyasının “İqtisadiyyat və hüquq” fakültəsinin lll kurs tələbəsi Həmayil Sadıqova mülki hüquq istiqaməti üzrə nümayiş etdirdiyi yüksək bilik və bacarıqlara görə I yerə layiq görülmüşdür.