XƏBƏR VƏ ELANLAR

27 sentyabr 2022-ci il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında (MAA-da) Anım mərasimi keçirildi.

27 sentyabr 2022-ci  il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında (MAA-da)  Anım mərasimi keçirildi.  Öncə mərasim iştirakçıları tərəfindən  Ulu öndər Heydər Əliyevin büstünün və  akademiyanın şəhid məzunlarının xatirə lövhəsinin qarşısına dərin hörmət və ehtiramla  qərənfillər qoyuldu.

Dövlət himni  səsləndirildikdən sonra, mərasim iştirakçıları Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

 Tədbiri  giriş sözü ilə açan akademiyanın  (MAA) tədris işləri üzrə prorektoru Ədalət Səmədov çıxış edərək, Azərbaycan Ordusunun 44 gün ərzində düşmən üzərində şanlı qələbə qazanılmasında böyük xidmətləri olan  şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzu edərək bu günün tariximizdə xüsusi rol oynadığını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Ə.Səmədov çıxışının davamında akademiyanın şəhid məzunları İ.Mənəfov, F.Məmmədov, V.Məmmədov, Ş.Ağayev və X.Əliyevin  əziz xatirəsini yad edərək  onların hər birinin vətənpərvərliklərinin və qəhrəmanlıqlarının bütün gənclərə örnək olduğunu bildirdi.  

 Daha sonra akademiyanın “İqtisadiyyat və Hüquq” fakültəsinin məzunu, İkinci Qarabağ müharibəsi iştirakçısı İlham Hacızadə çıxış edərək, öz döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.

Tədbirin davamında akademiyanın nəzdində fəaliyyət göstərən Mülki Aviasiya  muzeyinin  böyük elmi işçisi Rübabə Əbiyeva  öz çıxışında Qarabağda həyata keçirilən erməni cinayətlərinin tarixi haqqında məlumat verdi, muzeydə akademiyanın Qarabağ uğrunda gedən döyüşlərdə (İkinci Qarabağ müharibəsi) şəhid düşmüş və iştirak etmiş məzunları,  əməkdaşları ilə bağlı materiallardan ibarət “Qarabağ müharibəsi fondunun” yaradılmasının əhəmiyyətindən danışdı.

Sonda muzeyin fond  materialları əsasında akademiyanın  şəhid məzunlarına həsr edilmiş videoçarxın və fotosərginin nümayişi ilə tədbir yekunlaşdı.

Foto Galereya

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin