XƏBƏR VƏ ELANLAR

30 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli 20136 bort nömrəli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğramışdır

30 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli 20136 bort nömrəli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğramışdır. Qəzada 14 nəfər həlak olub, iki nəfər yaralanıb. Bu xəbər Azərbaycan xalqını olduqca kədərləndirdi.

Milli Aviasiya Akademiyasının rəhbərliyi və kollektivi adından qəzada həlak olan hərbi qulluqçuların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara Allahdan şəfa diləyirik.

Qeyd edək ki, həlak olanlardan biri kapitan Əliyev Xəyyam Əlixan oğlu Milli Aviasiya Akademiyasının “Uçuş aparatlarının və onların mühərriklərinin texniki istismarı” ixtisasının 2013-cü il məzunudur.

Allah rəhmət eləsin!

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin