XƏBƏR VƏ ELANLAR

Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar MAA-da növbəti maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar MAA-da növbəti maarifləndirmə tədbiri keçirilib. Ekologiya va Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirilən tədbirdə tələbələr üçün ətraf mühitin qorunması, o cümlədən tullantıların idarə olunması ilə bağlı açıq mühazirələr dinlənilib. Qeyd olunub ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Tədbirdə çıxış edənlər bir neçə gün sonra Azərbaycanın ev sahibliyi ilə öz işinə başlayacaq COP-29  konfransının iqlim dəyişikliyi ilə qlobal mübarizə üçün mühüm platforma olduğunu vurğulayıblar.

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin