Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən 2 Fevral Gənclər Gününə həsr olunmuş Tələbə Gənclər Təşkilatlarının “Respublika Forumu 2024” keçirilib.
Milli Aviasiya Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Xədicə Əliyeva 2023-cü il ərzində ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətinin təşkili və bu fəaliyyətin həyata keçirilməsində fəal iştirakına görə “İlin Tələbə Gənclər Təşkilatı Sədri” mükafatına və Milli Aviasiya Akademiyasının Tələbə Gənclər Təşkilatının ictimaiyyətlə əlaqələr üzrə sədr müavini İlknur Musayeva 2023-cü il ərzində Proqram əsaslı uğurlu fəaliyyətə verdiyi xüsusi töhfəyə görə “İlin TGT Nümayəndəsi” mükafatına layiq görülüblər.
Foto Qalereya