21 iyun 2024-cü il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının (MAA) və Təhsilin İnkişafı Fondunun (TİF) nümayəndələri arasında MAA-da görüş təşkil edilmişdir. Görüşün əsas məqsədi MAA ilə TİF-in qarşılıqlı əməkdaşlığı ilə sənaye və ali təhsil müəssisələri arasında mövcud boşluqların müəyyən edilməsi və onların aradan qaldırlması, TİF-in dəstəyi ilə sənaye nümayəndələri cəlb edilməklə MAA-nın maddi texniki bazasının və tədris labaratoriyalarının təkmilləşdirilməsi, birgə layihələrin icrası və bu istiqamətdə əməkdaşlığın şaxələndirilməsi, kadr hazırlığında xarici maraqlı tərəflərdən biri kimi TİF-in rəy, təklif və fikirlərinin öyrənilməsi olmuşdur.
Görüşün nəticəsi olaraq müxtəlif istiqamətlər üzrə əməkdaşlıq üçün ilkin razılıqlar əldə edilmiş, görüşləri və müzakirələri mütəmadi olaraq davam etdirmək, birgə lahiyələrin icrası üçün təkliflərin hazırlanması qərarı verilmişdir.