27 oktyabr 2023-cü il tarixində Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin sədrliyi ilə Elmi Şuranın növbəti iclası keçirilib.
İlkin olaraq cari ilin sentyabr ayının 9-da Milli Aviasiya Akademiyası və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində Mir Cəlal Paşayevin ev muzeyində Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş tədbir barədə iclas iştirakçılarına məlumat verilib. Elmi Şuranın sədri, akademik Arif Mir Cəlal oğlu Paşayev tədbirdə iştirak edən tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Birinci prorektor Ədalət Səmədov ölkəmizdə keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində MAA-nın tərəfdaş kimi iştirakı, astranaftların rektor, akademik Arif Mir Cəlal oğlu Paşayevlə, professor-müəllim heyəti və tələbələrlə görüşü barədə, həmçinin, 2023/2024-cü tədris ili üçün tələbə qəbulu barədə ətraflı məlumat verib.
Məruzəçilər tərəfindən yeni nəsil uretan tipli polimer örtüklərin sintezi və tətbiqi mövzusunda, eləcə də ICAO-nun MAA üzrə Aviasiya təhlükəsizliyi barədə auditin nəticələri dinlənilmiş və müsbət nəticə əldə edildiyi diqqətə çatdırılıb.
İclasda MAA-nın fəaliyyəti ilə bağlı bir sıra sənədlər qəbul edilərək təsdiqlənib.
Elmi Şuranın sədri, akademik Arif Mir Cəlal oğlu Paşayev qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib.
Foto Qalereya