Cari ilin sentyabr ayının 9-da Milli Aviasiya Akademiyası ilə Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində Mir Cəlal Paşayevin ev muzeyində Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları ilk olaraq Gəncə şəhərinin mərkəzi meydanında Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri qoyublar.
Mir Cəlal Paşayevin ev-muzeyində davam edən tədbirdə Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayevin salamları və ürək sözləri iştirakçılara çatdırılıb.
Tədbirdə Milli Aviasiya Akademiyasının I prorektoru, professor Ədalət Səmədov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Akademiyanın professoru, Xalq şairi Nəriman Həsənzadə, AMEA Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Milli Aviasiya Akademiyası rektorunun köməkçisi, dosent Gülnarə Əhmədova və MAA dosenti Aygün Zeynalova Ümumilli Lider Heydər Əliyevin yürütdüyü uzaqgörən siyasət və zəngin ömür yolu barədə danışıblar.
Çıxışlarda tədbir iştirakçıları tərəfindən böyük yazıçı, alim və görkəmli ədib Mir Cəlal Paşayevin ədəbi irsi, Azərbaycan ədəbiyyatının inkişafında və məzmunca zənginləşməsindəki rolunu vurğulayıblar.
Tədbirdə Milli Aviasiya Akademiyasının tələbələri Ümummilli Liderə həsr olunan şeir və musiqilər səsləndiriblər. Həmçinin görkəmli ədib Mir Cəlal Paşayevin ədəbi yaradıcılığından səhnələr canlandırılıb.
Sonda tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, eləcə də onun Gəncəyə səfərləri və Gəncə şəhərinin inkişafındakı rolunu özündə əks etdirən eksponatlarla tanış olublar.
Tədbirdə çıxışçılardan əlavə Milli Aviasiya Akakdemiyasının prorektorları professor Xəqani Abdullayev, Rafiq Həsənov, professor-müəllim heyəti, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və Gəncə Şəhər Məhkəməsinin sədr müavini, MAA məzunu Tural Qocayev qonaq olmuşlar.
Tədbirin sonunda tədbir iştirakçılarına Milli Aviasiya Akademiyasının adından xatirə hədiyyələri təqdim edilmişdir.
Foto Qalereya