XƏBƏR VƏ ELANLAR

Karyera Həftəsi çərçivəsində Oxbridge Academy-nin ümumi təhsil müəssisəsinin şagirdləri Milli Aviasiya Akademiyasına ekskursiya ediblər

Səfərin məqsədi şagirdlərin aviasiya sahəsinə marağının artırılması və bu sahədə təhsil imkanları ilə tanışlıqdır. Şagirdlər Akademiyanın Təlim Mərkəzi, Uçuş aparatlarının işlənməsi laboratoriyası, Aviasiya Tarixi Muzeyini ziyarət ediblər. Onlara burada həyata keçirilən praktiki məşğələlər, innovativ texnologiyaların tətbiqi, pilotsuz uçuş aparatlarının hazırlanması və simulyator qurğularının işi haqqında geniş məlumat verilib. Ekskursiya iştirakçıları aviasiya sahəsində geniş imkanlara malik olan Akademiyada tədrisin yüksək səviyyədə təşkilindən məmnunluqlarını bildiriblər. Onlar belə maarifləndirici səfərlərin gələcəkdə peşə seçimi baxımından əhəmiyyətli rol oynaya biləcəyini qeyd ediblər.

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin