XƏBƏR VƏ ELANLAR

Fizika-texnologiya fakültəsinin tələbəsi Özbəkistan-Azərbaycan Biznes Forumu çərçivəsində təşkil olunmuş sərgidə ölkəmizi təmsil edən komandanın əsas üzvlərindən biri olmuşdur.

Böyük fəxr hissi ilə bildiririk ki, Fizika-texnologiya fakültəsinin Mexatronika və robototexnika mühəndisliyi ixtisasının 2573a qrupunun tələbəsi Rəvan Hacıyev 22-23 avqust 2024-cü il tarixlərində Daşkənd şəhərində keçirilən Özbəkistan-Azərbaycan Biznes Forumu çərçivəsində təşkil olunmuş sərgidə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə ABC layihəsi olaraq ölkəmizi təmsil edən komandanın əsas üzvlərindən biri olmuş, TRONİQ MMC-də, icraçı direktor Anar Nəbiyevin rəhbərliyi ilə istehsalat təcrübəsi keçən tələbələrimizin də iştirakı ilə layihələndirilməsi başa çatdırılan, 4 tərəfli videomonitorinq təmin edən RoboRek  robotu ilə Milli Aviasiya Akademiyasını və TRONİQ MMC-ni bu sərgidə tanıtmışdır. Tədbirdə iştirak etmiş həmyerlilərimiz bir çox iş adamları ilə məhsuldar görüşlərdə iştirak etmiş, layihə ilə bağlı dəyərli fikir və təkliflər almışlar. Tədbir həmçinin iki ölkə arasında biznes əlaqələrinin inkişafına və gələcək əməkdaşlıqların qurulmasına yeni imkanlar yaratmışdır. Xüsusi qeyd etmək lazımdır ki, Dövlət Agentliyi, son illər gənclərin iştirakı ilə yerinə yetirilən startap layihələrinə və yeniliklərə çox böyük dəstək verir.

Tələbəmiz Rəvan Hacıyevi təbrik edirik və ona əzmkar yaradıcılıq fəaliyyətində yeni uğurlar arzu edirik!

MAA tələbələrinə təcrübə keçmək və belə mötəbər tədbirlərdə iştirak etmək üçün xüsusi dəstək verdiyinə görə TRONİQ MMC-nin icraçı direktoru, layihənin rəhbəri Anar müəllimə xüsusi təşəkkürümüzü bildiririk!

 

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin