XƏBƏR VƏ ELANLAR

Milli Aviasiya Akademiyası “ADEX-2024” sərgisində təmsil olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) təşəbbüsü ilə “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində “Müdafiə sahəsində avtomatlaşdırma və robotlaşdırma: perspektivlər və çağırışlar” mövzusunda panel müzakirəsi keçirilib. 

AzTU-nun rektoru Vilayət Vəliyevin moderatorluğu ilə keçirilən panel müzakirədə Milli Aviasiya Akademiyasının yeni texnologiyalar üzrə prorektoru Xəqani Abdullayev, Türk Aerokosmik Sənayesinin beynəlxalq proqramlar üzrə məhsul meneceri Yasin Kaygusuz, AzTU-nun Sənaye Sistemləri və Kibertəhlükəsizlik İnstitutunun direktoru Manafəddin Namazov, Milli Müdafiə Universiteti nəzdində Hərbi İdarəetmə İnstitutunun rektor müavini Əsəd Rüstəmov və Müdafiə Sənayesi Nazirliyi nəzdində Milli Aerokosmik Agentliyinin Məsafədən zondlamanın optik-elektron cihazları şöbəsinin rəisi Günel Əliyeva mövzu haqqında təqdimatla çıxış ediblər. Məruzəçilər  müdafiə sənayesi və avtomatika sahəsində görülmüş və görüləcək işlər, ən son trendlər, universitet-sənaye işbirliyi istiqamətində təcrübələrini bölüşüblər. 

Professor Xəqani Abdullayev Müdafiə sahəsində avtomatlaşdırma və robotlaşdırma istiqamətində Milli Aviasiya Akademiyasında icra olunan layihələr barədə ətraflı məlumat verib.

Panelin sual-cavab sessiyasında rektor Vilayət Vəliyev süni intellekt və kibertəhlükəsizlik sahəsində etik çağırışlar barədə məruzəçilərlə dialoq formatında müzakirələr aparıb.

Sonda panelin moderatoru və məruzəçilərinə sertifikat təqdim olunub.

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin